BMT: Ukraynada müharibə azı 4 509 mülki şəxsin həyatına son qoyub

0
404

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Ali Komissarlığının (OHCHR) məlumatına görə, Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən mülki əhali arasında zərərçəkənlərin sayı 10 094 – nəfərə (o cümlədən 4 509 dinc sakinin ölümü – red) çatıb.

Bu barədə “Report” “İnterfaks Ukraina”ya istinadən xəbər verir.

“Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ali Komissarlığı faktiki rəqəmlərin daha yüksək olduğuna inanır, çünki bəzi şiddətli döyüş bölgələrindən məlumat gecikir və bir çox hesabat hələ də təsdiqini gözləyir”, – təşkilatın məlumatında qeyd edilir.

Məlumata görə, bu, məsələn, Mariupol (Donetsk vilayəti), İzyum (Xarkov vilayəti), Popasna və bu hesabata ilk dəfə əlavə olunan Lisiçansk və Severodonetsk (Luqansk vilayəti) əyalətlərinə aiddir, həmin ərazilərdə mülki vətəndaşlar arasında çoxlu sayda qurbanlar var. Onlarla bağlı statistika əlavə olaraq yoxlanılır və yuxarıda qeyd edilən göstəricilərə daxil edilmir.

“Mülki şəxslər arasında ölüm hallarının və ya yaralananların əksəriyyətinə geniş təsir sahəsinə malik partlayıcı qurğuların istifadəsi, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulma, həmçinin raket və hava zərbələri səbəb olub”, – məlumatda deyilir.

BMT-nin təsdiqlənmiş məlumatlarına görə, müharibə zamanı 1 747 kişi, 1 166 qadın, 129 oğlan və 124 qız ölüb, 41 uşağın və daha 1 302 nəfərin (böyüklər) cinsiyyəti hələ müəyyən edilməyib.

Xəsarət alan 5 585 nəfərin 166-sı oğlan, 125-i qız, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 172 uşaqdır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin