Bloklanmış saytlara giriş proqramları bağlana bilər…- Bu Azərbaycana nə vəd edir?

0
161

Jalə Mütəllimova

Azərbaycanda bloklanmış saytlara, “Meydan” TV, “Azadlıq” radiosu, “Azadlıq” qəzeti, “Turan” TV və “Azərbaycan saatı”na giriş imkanları yaradan proqramlar bağlana bilər.

İllər öncə, adıgedənlərin bəzilərinin Bakı ofisləri bağlananda qeyd etmişdim ki, dövlətə bu təklifi kimlər verirsə, kökündən yalnış qərardır.

Bu gün son iki aydakı kütləvi həbslərə görə Qərb və Avropa Azərbaycana güclü təzyiqlərə start verib. Bunun davamının olacağı kimsəyə sirr deyil. Indi bunu etməkdə məqsəd nədir? Adıgedən KIV-lərdə çalışanları daha da aqressivləşdirməkmi? Yoxsa onların sahiblərini daha ciddi sanksiyalara səsləməkmi? Cənablar, ağa bəlli, ağacan bəlli. Yəni kimlikləri bəlli, rəhbərləri bəlli, mövqeləri bəlli, siyasi əlaqələri bəlli. Bəli, bəzən tənqidi abardırlar, şişirdirlər, bu da kimlərdəsə fərdi qıcığa səbəb olur. Amma bir də dövlət marağından diqqət edək məsələyə. Hansı şərait yaranacaq? Xatırlayırsınızmı?!. S özügedən KİV-lərin Bakıda rəsmi ofisləri var idi. Onlar pristijə görə ölkənin peşəkar media adamlarına əməkdaşlıq təklif edirdilər. Yəni Azərbaycanda peşəkarlardan ibarət komanda yığırdılar. Dövlətə də bu KİV-lərdə kimlərin çalışdığı barədə konkret adlar, müəlliflər bəlli olurdu. Nəzarət mümkün idi. Onu da qeyd etmək vacibdir ki, bəzən təklif alanlar sırasında xeyli milli ruhlu peşəkarlar da olurdu. Bəs bunun hansı faydası var idimi? Bəli, var idi! “Azadlıq” radiosu təcrübəsi mənə çox vacib və incə bir detalı öyrətdi. Radioda rəsmən qadağan olunan siyasi terminləri ən müxtəlif formalarda, amma Azərbaycanın milli maraqlarına uyğun efirlərə daşıyırdıq bir çoxumuz. Düzdür, bəzən bunun ağır cəzası da olurdu, amma sevə-sevə çəkilirdi. İndi o ofislər yoxdur, o peşəkarların bir qismi də ölkədən, bir qismi ümumiyyətlə mediadan getdi , işsizliyə görə. Ofisləri də bağlandı. Nə qazandı Azərbaycan? İndi Azərbaycanda heç kəsə belli olmayan adlarla xarici mediaya çalışan küçə reprtyorlarından ibarət quruplar yaradılıb. Hər biri ayrılıqda qorunur, müdafiə edilir, maliyələşdirilir, nəzarətdədir. Yəni iki-üç ofisi rəsmi bağladınız, on beş gəzən ofis yaratdılar. Dövlət onlar nəzarətdə saxlaya bilmir. Çox yaxşı bilirsiniz, bu iki cümlədə rahat ifadə olunan fikir, əslində informasiya təhlükəizliyi siyasətində ciddi çatlar əmələ gətirib. Bəs bu təsadüf idimi? İnandırıcı deyil.

Yəni yuxarıda adıçəkilən saytların açılmasında istifadə olan proqramların bloklanması nəyə səbəb olacaq? Sadəcə emosiaları yenidən qızışacaq, vəssalam…

Və bu gün təkcə hansısa xarici KIV-lərə yox, həm də yerli mediada tənqidə dözümsüzlük göstərən məmular unudurlar ki, tənqid mediası güzgüdür. Necə ki, evdən çıxanda baxdığınız güzge üst-başınızın əyər-əskiyini göstərir, eləcə də tənqid mediası fəaliyyətinizdəki qüsurları ortaya çıxarır. Hər şeyi yaraşıqlı bir palazın altna itəlıyib, çiçəklənirik demək olmur. Sabah biri o palazın altını qaldırır. Azərbaycanda media bunu görməzdən gələndə, məsələn Məhmməd Mirzəli, Rəfael kimi xaricdəki, söyüş mediası adamlarına göstərirlər. Onlar da dönüb, ya siz məmurlarl şantaj edir, pulunuzu alır və susur. Ya da alır, xərclıyir, qurtaranda yenə sizi şantaj edir və ya söyür. Dövləti, milləti də qatır sizə. Yəni, mahiyyət etibarı ilə nə yaranır deyə sorarsanız? Deyərdim ki, tənqidi basdırıb, söyüşə meydan verirsiniz. Söyüşü milli ideologiyanın tərkib hissəsinə çevirirsiniz. Əslində isə məsələ çox sadədir . Milli mətbiata yol verin, çəkilin qarşımızdan, vəssalam!..

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin