“BİZ DƏMİR YUMRUQLA DÜŞMƏNİN BAŞINI ƏZİRİK VƏ ƏZƏCƏYİK!” – “Zəfər yürüşümüz davam edir”

0
187

“Biz Şuşanı döyüş meydanında qazandıq.” Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan edib.

Prezident deyib: “Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür. Biz bunu danışıqlar masası arxasında yox, döyüş meydanında qazandıq. Bütün bəyanatlara rəğmən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolları vardır. Mən bunu dəflərlə demişdim. 30 ilə yaxındır mənasız danışıqlar heç bir nəticə vermədi. 30 il bizim əzəli torpaqlarımız işğal altında qaldı. Ermənistan tərəfi danışıqlarla sadəcə vaxt qazanmaq istəyirdi.

Lakin, qətiyyət, cəsarət göstərdik və Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Bütün beynəlxalq kürsülərdə bəyan etmişdimki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bizim əsas məqsədimizdir. Biz bu vəzifəni icra etdik və icra edirik. Şuşada yenidən azan səsi eşidiləcək!.

Prezident bildirib ki, ona görə bizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub: “Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Mən dəfələrlə demişəm ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Bax, belə ordu yaratmışıq biz! Dəfələrlə demişəm ki, hələ ki, gec deyil işğalçılar düz yola gəlib, işğala son qoysun. Demişəm ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Buna görə bəzi ölkələr tərəfindən tənqid olunmuşam. Demişəm ki, bəs bizim torpaqlarımız hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin – düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd edirik.

Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın edilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış. Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri”.

İlham Əliyev onu da qeyd edib ki, Azərbaycanın zəfər yürüşü davam edir: “Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünya ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs, hanı sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalan idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində milyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub, mühəndislik qurğuları inşa edilib. Amma hamısını vurub dağıtmışıq – mənəvi ruh, güc hesabına, birlik hesabına!

Bir daha demək istəyirəm ki, bizim zəfər yürüşümüz davam edir. İşğal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Bu, bizim tələbimizdir. Beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qərar, qətnamələri bunu tələb edir. Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək, düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik!”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin