«Bir sıra ölkələr rus dili ilə mübarizəyə qalxıb» – Matviyenko

0
1163

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiya Şurasının başçısı Valentina Matviyenko bəyan edib ki, bir sıra ölkələr dövlət səviyyəsində rus dilinə qarşı total mübarizə kampaniyasına başlayıb.

«Bir sıra ölkələrdə dövlət səviyyəsində rus dilinə – Puşkinin, Tolstoyun, Dostoyevskinin… dilinə qarşı total mübarizə kampaniyasına başlanması dərin təəssüf hissi doğurmaya bilməz» – deyə, Matviyenko «Böyük rus sözü» 12-ci beynəlxalq festivalının açılış mərasimində bildirib.

Onun sözlərinə görə, minilliyin gücünə və mədəniyyət-dil ənənəsinə söykənərək, sakit və inamla humanitar əlaqələri genişləndirmək, bəşəriyyəti rus dünyasının dəyərləri və canatmaları ilə tanış etmək lazımdır.

«Bu gün bizim dilimiz və mədəniyyətimizlə mübarizə aparmaqla, siyasi kapital qazanmaq cəhdi göstərənlərə demək istəyirəm – onları tarix mühakimə edəcək, ola bilsin ki, onları sadəcə, Allah cəzalandıracaq» – Matviyenko qeyd edib.

Açıq-aydın görünür ki, Matviyenko belə deyərkən, Moldova Konstitusiya məhkəməsinin rus dili barədə çıxardığı məlum qərarı və Latviya seyminin «Təhsil haqqında» Qanuna əlavələrin edilməsi barədə qərarını nəzərdə tutub. Sözügedən əlavə 2021-2022-ci illərə qədər Latviyada bütün məktəblərin dövlət dilində tədrisə keçirilməsini nəzərdə tutur. Latviyanın Prezidenti Raymonds Beyonis isə aprelin 2-də məktəblərin latış dilində təhsilə keçirilməsi barədə qanunu imzalayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin