“Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” – VİDEO

0
103
Mingəçevirdən olan iki qardaş – Əli və İslam Əhmədovlar II Qarabağ müharibəsində Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə eyni gündə şəhidlik zirvəsinə ucalıblar.
RealMedia.az xəbər verir ki, şəhidlərin anası Sevinc Əhmədova “ATV xəbər”ə müsahibəsində bildirib ki, qardaşlar millətini, xalqını çox sevirdi:
“İslam həmişə deyirdi ki, ana, mən şəhid olacağam. Həmişə onu deyirdi. Əli də institutu qurtarıb əsgərliyə getdi, sülhməramlıya düşdü. 6 ay Bakıda, 6 ay da Əfqanıstanda qulluq elədi. İslam həmişə deyirdi ki, ana, sən fəxr elə ki, oğullarının ikisi də əsgərlikdə medal alıb gəlib”.
Ananın sözlərinə görə, Vətən müharibəsinin ilk günü əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid xəbərini alıb:
“Birinci İslam şəhid olub, sonra Əli. Amma birinci Əli gəlib, böyük qardaşı İslama yol verib ki, qoy birinci böyük qardaşım getsin. Əlini dəfn edib gələndən sonra İslamı gətirdilər”.
Sevinc ana deyib ki, ailə Əlinin toyuna hazırlaşırdı. O, vağzalı çaldırıb gəlin gətirəcəyi günün xəyallarını qurarkən iki oğlunu birdən son mənzilə yola salıb:
“İslam subay idi, Əliyə nişan etmişdik. Evi təmir edirdik. Yanvarın 5-də Əlinin ad günü idi, dedik, onda elə toyunu da edərik”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin