Beynəlxalq siyasətdə Rusiya-İran dostluğu ticarətdə yerini düşmənliyə buraxır-“The Wall Street Journal”

0
2108

Suriyada müharibə sona yaxınlaşdıqca Rusiya və İran arasında hərbi alyans iqtisadi rəqabətə çevrilir.

Belə bir iddia ilə “The Wall Street Journal” qəzetində S, E.Rasmussen və Benua Fakon analitik yazıda çıxış edib.

Yaxın Şərq üzrə ekspert Mark Katsın müəlliflərə bildirdiyinə görə, İran hazırda beyənəlxalq siyasətdə yumşaq dillə deyilsə qibtə ediləcək vəziyyətdə deyil. Moskva isə bundan məharətlə yararlanmaqdadır.

“İran-Rusiya rəqabəti neft cəbhəsində özünü daha çox göstərir. Bazar günü İranın neft nazri Bican Zangane OPEC-in Əlcəzairdəki toplantısına qatılmaqdan imtina edib. İran rəsmən Rusiya və Səudiyyə Ərəbistanını neft hasilatını artıraraq qiymətləri aşağı salmaqda və beləliklə İran iqtisadiyyatına zərbə vurmaqda ittiham edir”,-məqalədə yazılıb.

Yazıda qeyd olunur ki, ABŞ-ın nüvə sazişindən çıxmasından sonra İran ixracatı çöküb. İran dövlət neft şirkəti isə bu il neft tədarükünün, iyun ayına 1/3 nisbətində azalacağı və 1,5 milyon barellə qədər düşəcəyi ilə bağlı qaranlıq proqnoz verib.

Rusiya isə əksinə öz tədarükünü 250 min artıraraq11,6 milyon barrelə çatdırıb. Keçən ilin eyni vaxtı ilə müqayisədə Rusiyanın gəlirləri 50% yüksələrək 83 milyard dollara çatıb.

Yazıda Rusiyanın neftinin ABŞ sanksiyalarından çəkinərək İrandan idxalını azaldan İtaliya, Yunanıstan və Türkiyə kimi ölkələrə getdiyi qeyd olunur.

“Rusiya əməlli başlı nüvə anlaşmasının pozulmasının bəhrəsini görür”, müəlliflər situasiyanı bu cür təsvir edirlər.

Yazıda Yaxın Şərqdə mövqelərini möhkəmlədən Rusiyanın İranın əbədi düşmənləri ilə də ticarət həcmini genişləndirdiyi vurğulanır. Məsələn keçən il İsrail və Ruisya arasında ticarət 25% yüksəlib. Üstəlik Rusiya İrana S-300 raketərini satdığı ahlda Səudiyyə Ərəbistanına S-400 ZRK-larını verir.

Elə Suriyada da güc nisbəti Moskvanın tərəfinə keçir. Rəsmi Dəməşq Aralıq dənizi sahillərindəki bütün neft və qaz sahələrini Rusiyanın ixtiyarına verib. Bundan başqa Suriya hökuməti “Palmira şəhəri yaxınlığındakı fosfat yataqlaırnın işlədilməsini də Ruisyanın “Stroytransqaz” şirkətinə həvalə edib. Əvvəllər isə layihə İran firmalarına vəd olunubmuş.

Yazıda Rusiya-İran rəqabətinin Xəzər dənizndə davam etdiyi bildirilir. Belə ki, yeni konvensiyaya görə İran Xəzərdəki təbii sərvətlərin yalnız 11%-nə sahib ola bilər. Lakin Tehran hələ də dənizin1/5 hissəsinə olan iddiasından əl çəkmir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin