Beynəlxalq müşahidə missiyaları seçki ilə bağlı rəylərini açıqladılar

0
101

9 fevral seçkilərindən Azərbaycan xalqının qazandığı bəyan edildi

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində beynəlxalq və yerli təşkilatlar birlikdə exit-poll keçiriblər. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın “Arthur J. Finkelstein & Associates”-“AJF&Associates İnc.” təşkilatı ilə birgə, “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu və RƏY Monitorinq Mərkəzi exit poll keçiriblər. Exit-pollun nəticələri açıqlanıb. Açıqlanan nəticələrlə Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələr arasında ciddi bir fərq olmayıb.

Seçkiləri həmçinin 77 min yerli, 842 beynəlxalq müşahidəçi izləyib.

Seçkiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının (ATƏT PA), Avropa Şurası Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin Parlamentlərarası Assambleyasının, Şanxay Əməkdaşlıq Təşkilatının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçilər missiyaları, eyni zamanda Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan və digər çoxlu sayda dövlətləri təmsil edən müşahidə missiyaları müşahidə edib.

Fevralın 10-da bir çox müşahidə missiyalarının təmsilçiləri müşahidələrinin nəticələrini elan ediblər.

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar mətbuat konfransında Türk Parlament Assambleyasının (Türk PA) müşahidə missiyasının rəhbəri İsmet Uçma deyib ki, Azərbaycanda Milli Məclisə seçkilərdə demokratik şərait yaradılıb, seçkilərin keçirilməsində beynəlxalq və ölkə qanunlarına əməl edilib, namizədlərin mətbuata çıxışına, seçicilərlə görüşünə bərabər şərait yaradılıb.

Onun sözlərinə görə, MSK tərəfindən seçkinin gedişatı barədə, şikayətlərin qeyd edilməsi ilə bağlı məlumat verilib: “Təəssüf ki, Azərbaycanda erməni işğalı nəticəsində öz yurdundan didərgin düşmüş kütlə var. Onların səsverməsini asanlaşdırmaq naminə 573 məntəqədə şərait yaradılıb. MSK rəhbəri 5 milyon 329 min 461 seçici siyahısının olması barədə məlumat verib. Seçicilərin hər biri özləri haqqında məlumatı rahat şəkildə öyrənə biliblər.

Səsverməyə gələnlərin sevincli olduğunu gördük. Deyə bilərik ki, seçki prosesi şəffaf keçirilib. Heyətimiz heç bir pozuntu halına rast gəlməyib. Biz Milli Məclisə seçkilərin beynəlxalq standartlara və hüquqa uyğun olaraq keçirildiyinə qərar vermişik. Azərbaycan dövlətinə bizə müşahidə prosesini aparmaq üçün yaratdıqları şəraitə görə təşəkkür edirəm”.

Əli Əsgər Mohammadi ile ilgili görsel sonucu

İslam Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının üzvü Əli Əsgər Mohammadi isə mətbuat konfransında deyib ki, Azərbaycanda seçkilər yüksək səviyyədə, demokratik şəraitdə baş tutdu: “Biz Bakıdakı seçki məntəqələrində müşahidə apardıq. Məntəqələrdə müşahidələrimiz zamanı heç bir qanun pozuntusuna rast gəlmədik. Havanın soyuq olmasına baxmayaraq, parlament seçkilərində seçici fəallığı kifayət qədər yaxşı idi”.

GUAM Parlament Assambleyasının müşahidə missiyasının üzvü, ukraynalı deputat Maryan Zablotskiy isə mətbuat konfransında bildirib ki, Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər azad və ədalətli şəkildə keçirilib: “Azərbaycan parlamentinə seçkilər beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyə uyğun şəkildə həyata keçirlib. Seçicilərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb”.

M.Zablotskiy GUAM Parlament Assambleyasının müşahidə missiyasının müşahidə aparılan məntəqələrdə heç bir pozuntu hallarına rast gəlinmədiyini vurğulayıb.

MDB müşahidə missiyasının rəhbəri Viktor Quminski keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda parlament seçkiləri Azərbaycan Konstitusiyası və qanunvericiliyə uyğun olaraq, rəqabətli və demokratik şəkildə həyata keçirilib.

Onun sözlərinə görə, MDB müşahidə missiyası parlament seçkilərini izləmək üçün Azərbaycanın dəvəti ilə seçkiləri izləyiblər: “Yanvarın 19-dan öz işinə başlamış missiya seçkilərə hazırlıq prosesində və səsvermədə iştirak edib. Seçkilərə MDB müşahidə missiyasının 252 müşahidəçisi akkreditasiya olunub. Onun tərkibinə Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan və eləcə də digər MDB ölkələrindən olan müşahidəçilər daxil olub. Müşahidə missiyasının sərbəst şəkildə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb”.

Quminski seçkilər ile ilgili görsel sonucu

Quminski bildirib ki, bəzi məntəqələrdə kiçik pozuntulara rast gəlinsə də, bunlar seçkinin gedişatında əhəmiyyətli rol oynamayıb: “MSK seçicilərin məntəqələrə gəlib rahat şəkildə səs vermələri üçün hər cür şərait yaradıb. Onlara lazım olan bütün informasiyalar təqdim edilib. Seçki pozuntularının qeydiyyatı üçün qərargah yaradılıb, Kütləvi İnformasiya Vasitələrinin öz işlərini həyata keçirməsində heç bir maneə aşkarlanmayıb. Seçki gününə qədər missiya ölkənin 20 regionunda müşahidə aparıb. Qeyd etmək istərdim ki, hava şəraitinə görə bəzi dağlıq bölgələrdə monitorinq aparmaq imkanımız olmayıb. Lakin ölkənin əksər regionlarından əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, həmin bölgələrdə də seçkilər qanunvericiliyə uyğun şəkildə təşkil olunub. Biz məntəqələrdə əldə etmək istədiyimiz hər bir məlumatı öyrənə bilmişik və suallarımıza cavab almışıq. Səsvermə sakit və yüksək şəkildə təşkil olunub”.

Türkiyə Böyük Millət Məclisinin Müşahidə Missiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrımisə bildirib ki, seçkilər Azərbaycanı daha da irəliyə aparacaq.

Mərkəzi Seçki Komissiyasının sədr aTBMM-in üzvü Orhan Erdem isə bildirib ki,müavini Georgi Şarabidze ile ilgili görsel sonucu

TBMM-in üzvü Orhan Erdem isə bildirib ki, seçki günündə müşahidəçilər iki qrupa ayrılaraq Bakı və Sumqayıtda müşahidələr aparıblar, bir gün əvvəl isə Qubada seçkiyə hazırlıq prosesini izləyiblər: “Seçkilərin çox sakit və rahat şəkildə keçdiyinin şahidi olduq. Əsas diqqətimi çəkən seçki məntəqələrində heç bir polis və hərbi formada olan insanların olmaması idi. Bu, özü də insanların rahatlıqla səs verdiyini göstərirdi. Qısa müddətdə Azərbaycanda demokratiyanın bu qədər yüksək səviyyədə olması bizi sevindirir. Seçkilərin Azərbaycan xalqına xeyirli olmasını arzu edirəm.

1300-dən çox namizədin, 19 partiyanın iştirakçı olması seçkinin obyektiv və rəqabətli keçməyini göstərir. Seçki məntəqələrində kameraların olması, müşahidəçilərin prosesi istənilən yerdən izləyə, seçicilərin istənilən kabinədə səs verə bilməsi və ümumilikdə təşkilatçılıq yüksək səviyyədə idi. Azərbaycan seçkini izləmək üçün çoxlu sayda beynəlxalq müşahidəçi dəvət edib. Bu, özü Azərbaycanın açıq və şəffaf olduğunu göstərir. Məntəqələrdə hər kəs seçki prosesini rahat şəkildə müşahidə edə bilirdi. Namizədlərin seçkiyə qədər ev-ev gəzərək özlərini tanıtması demokratiyanın göstəricidir. Seçkinin Azərbaycana və bölgəyə uğurlu olmasını diləyirəm”.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) seçki müşahidə missiyasının rəhbəri, ŞƏT-in baş katibinin müavini Sherali Saidamir Jonon mətbuat konfransında deyib ki, seçki müşahidə missiyası səslərin sayılması prosesini də izləyib: “Seçkilər qanunvericiliyə uyğun, demokratik və şəffaf keçirilib”.

Monteneqro parlamentinin deputatı Predraq Sekuliç isə bildirib ki, müşahidələrinə görə Azərbaycanda seçkilər yüksək səviyyədə həyata keçirilib: “Demokratik seçki proseduraları baxımından dünən çox gözəl gün idi. Mənə məlum deyil, dünənki seçkilərdə kim qalib gəlib. Ancaq onu deyə bilərəm ki, Azərbaycan xalqı qalibdir”.

Qazaxıstan parlamentinin müşahidə missiyası da seçkilərdə apardığı müşahidələrlə bağlı mətbuat konfransı keçirib. Qazaxıstan parlamentinin müşahidə missiyasının nümayəndəsi Şahmərdan Nurumov məntəqələrdə yaradılan şəraitdən məmnun qaldıqlarını, müşahidələri zamanı hər hansı qayda pozuntusu qeydə almadıqlarını vurğulayıb: “Azərbaycanda parlament seçkiləri çox ədalətli, qanun çərçivəsində keçirildi. Seçkilərin şəffaf şəkildə keçirilməsi Azərbaycanın növbəti uğurudur. Biz seçki məntəqələrində seçici fəallığının şahidi olduq. Bu, onu göstərir ki, xalqın dövlətçiliyə inamı böyükdür. Milli Məclisə seçkilərin ədalətli, uğurlu və beynəlxalq standartlara uyğun keçməsindən məmnun qaldıq”.

Mərkəzi Seçki Komissiyasının sədr müavini Georgi Şarabidze ile ilgili görsel sonucu

Seçkiləri müşahidə edən Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Georgi Şarabidze keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası bu seçkilərə kifayət qədər ciddi hazırlaşıb və çox yaxşı fəaliyyət göstərib: “Azərbaycanda Milli Məclisə keçirilən seçkilərdə sağlamlıq məhdudiyyətli seçicilər üçün yaradılan şərait seçkilərin daha da inklüziv keçirilməsinə töhfəsini verib. Biz Bakıdakı dairələr üzrə, ümumilikdə, 10 məntəqədə müşahidələr aparmışıq. Müşahidə etdiyimiz məntəqələrdə hər hansı bir neqativ halla rastlaşmamışıq. Çünki hər kəs öz işini layiqli şəkildə icra edirdi. Seçicilər səs verirdi, müşahidəçilər və komissiya üzvləri də öz işlərini icra edirdilər. Həm müşahidəçilərin, həm də partiya nümayəndələrinin seçkiləri izləməsi üçün obyektiv şərait yaradılmışdı”.

Böyük Britaniyanın müşahidə missiyası da seçkiləri izləyib. Nümayəndə heyətinin ortaq açıqlamasında bildirilir ki, siyahıda seçki bülletenlərində namizədlərin adları qarşısında qısa məlumat var idi. Britaniya da daxilolmaqla bir çox ölkələrdə bu təcrübə tətbiq olunmalıdır: “Seçki prosesində yüksək texnologiyalardan istifadə edilirdi. Prosesin pozulmasına imkan verilmirdi. Qadın müşahidəçilərin sayı kişilərdən daha çox idi. 800-dən çox xarici müşahidəçinin dəvət olunması isə hökumətin prosesə nə dərəcədə fəal hazırlığının göstəricisidir”.

Rusiyadan olan müşahidəçi, Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsinin rəhbəri Liliya Qumerova isə keçirdikləri mətbuat konfransında deyib ki, Azərbaycanda parlament seçkiləri ölkənin seçki qanunvericiliyinə uyğun olaraq, sakit şəraitdə keçirildi.

Litva, Latviya, Almaniya, və digər çoxsaylı ölkələrdən gələn müşahidəçilər də Azərbaycanda seçkilərin demokratik keçirildiyini bəyan ediblər.

Etibar SEYİDAĞA

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin