Beyləqanda yas mərasimi keçirənlər cərimələnib – icra nümayəndəsi isə işdən azad edildi

0
454

Beyləqan Rayon Polis Şöbəsinə rayonun Allahyarlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

RealMedia.az xəbər verir ki, məhz bu səbəbdən də Allahyarlı kənd ərazi icra nümayəndəsi tutduğu vəzifədən azad edilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin