Beyləqanda vəziyyət “ruscadır”- Asif Ağayev Şamaxıdakı milyonluq iqamətgahını hansı pulla tikdirib? 

0
404


Asif  Ağayev  Pirquluda  oliqarx məmurlardan nə qədər qazanıb ? 

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif  Ağayevin bu günkü  əməllərinə keçməmiş, onun keçmişinə qısa  bir  nəzər salaq.
Deməli,  Asif  Ağayev  1961-ci ildə Sabirabadda anadan olub, 1988-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib, uzun müddət tikinti sahəsində çalışıb,
SOKAR-ın (ARDNŞ )  “AzərNeftYağ” Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin “AzəriQaz” İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin “Neft Kəmərləri” İdarəsində tikinti və təmir üzrə rəis müavini olub.
Və  2013-cü ildə  Şamaxıya icra başçısı təyin olunub.
Yəni bəlli oldu ki,  Asif  Ağayev  HARADAN gəlib icra başçısı olub.
Asif Ağayev 2013-2018- cillərdə Şamaxıda icra başçısı olarkən, ancaq  torpaq paylamaqla yadda qalıb.
Belə ki, hamıya məlumdur ki, Bakıdakı  oliqarx-məmurlar  əsasən Şamaxının Pirqulu, Nağaraxana, Çuxuryurd  kimi  bahalı torpaqlarını zəbt edərək, özləri üçün  villa, mülk tikdiriblər.
Bütün bunları   məmurlara  qanunsuz verən icra başçısı Asif Ağayev olub.
Bəli,  Asif Ağayevin   Nağaraxana kəndindəki  dəbdəbəli sarayının qiyməti bir neçə milyondur.
Təsəvvür edirsiniz, bu adam o qədər həddini aşıb ki, özünə rezidensiya-iqamətgah  tikdirib.
Adama deyərlər ki, sən kimsən, nəçisən ki, iqamətgah tikdirisən?
Bu adam özü üçün  şəxsi aşpaz saxlayır və sonradan həmin aşpazı komendant  təyin edib.
Cənab  Prezident İlham Əliyev dəfələrlə  məmurlara dəbdəbəli həyatdan uzaq olmağa, təvazökarlığa,  xalqa xidmət etməyə  dəvət etsə də, Asif  Ağayev kimi  məmurlar dövlət başçısının sözlərinə əhəmiyyət verməyib.

Asif Ağayev  Şamaxıda icra başçısı olduğu dönəmdə özünə əməlli-başlı biznes şəbəkəsi qurub, oğluna 250 min manata xarici avtomobil alıb, Şamaxının “Nənə bulağı”  kimi məşhir  ərazisinin ətrafında 100 hektar torpağı  ələ keçirib.
Deyilənə görə, bu adam kəndliləri  aldadaraq  onların torpaqlarını ucuz qiymətə, saxta sənədlərlə ələ keçirib və sonra  dəfələrlə  baha qiymətə  Bakıdakı məmurlara satıb. (bunu biz demirik, camaat deyir)
Bu gün Şamaxının yerli  sakinləri özlərinə əkin-biçin üçün torpaq tapa bilmirlər.
Asif Ağayevin  təkcə Şamaxıda Qızılmeydan deyilən yerdə  3  hektar torpağı var.
Bu siyahını sonsuza qədər uzatmaq olar.
Nə isə, özünü Şamaxının “padşahı”  hesab edən Asif Ağayev  2018-ci ildə Şamaxının icra başçısı vəzifəsindən azad  ediləndə  hamı düşündü ki, layiq olduğu cəzanı alacaq. Amma…
Əmması odur ki, 3 gün sonra Allah qoymasa Asif Ağayev Beyləqana icra başçısı təyin olundu.
O gündən, Beyləqanın qara günləri başladı.
Beyləqana  gəldiyi ilk gündən Asif Ağayev  rayon mərkəzinin abadlaşdırlıması  adı ilə dövlətin ayırdığı külli miqdarda  vəsaiti mənimsəyib. İcra hakimiyyətinin elan etdiyi tenderləri ancaq öz dostlarına hədiyyə edərək “otkat”ını alır.
RealMedia.az xəbər verir ki, Asif Ağayev şəhid ailələrinə, qazilərədə laqeyd münasibət bəsləyir, onlarla yola getmir. Məhz elə bu üzdən də son vaxtlar icra başçısı ilə qazilər arasında gərgin anlar yaşanmışdır.  Bu gərginlik hələ də davam edir.

Belə ki, icra başçısı 44 günlük Vətən savaşında torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda canlarından keçərək sağlamlıqlarını itirən bir qurup qazilərimzin qarşısina “Ohanyan Xətti” çəkib.  Qazilər bildirirlər ki, icra hakimiyyətinə ünvanladıqları ərizələrinə həssas yanaşılmır, ərizələri cavabsız qalir. İş istəyən qazilərə “iş yoxdur!” cavabı verilir. Hansı ki, qazilər hara ayağ qoyurlarsa Asif Ağayev ora baş qoymaq əvəzinə, əksinə polisi onların üzərinə göndərərək, onlara əngəl yaradır.

O da bildirilir ki, Asif Ağayev  vaxtilə rüşvətə görə işdən azad olunmuş şəxsləri yenidən vəzifəyə götürür,  ordudan yayınan, hətta  diplomu saxta olan şəxslərə  vəzifə verir.
İcra başçısı  rayon mərkəzinin asfaltını o qədər nazik edib ki,  asfaltın üstündə ot bitib. Çünki icra başçısı yola ayrılan pulları mənimsəyib.
Belə şikayətlərin sayı bir deyil, beş deyil…
Hamısı da sonda cənab Prezident İlham Əliyevdən və Birinci Vitse-prezident  Mehriban xanım Əliyevadan kömək istəyirlər.
Yəqin ki, Asif Ağayev  içəridəki dostları-kolleqaları üçün darıxıb.
Qəzan mübarək, Asif Ağayev.(gündəlik Bakı)

P.S. Asif Ağayev üç ildir ki, Beyləqana başçı təyin olunub və bu illər ərzində də hər il rayonun mərkəzi küçələrinin asfaltlaşması üçün 496.000 min manat civarında dövlət vəsaiti ayrılır. İndi gəlin görək, indiyə qədər Asif Ağayev hansı küçəyə bir qarış olsun belə asfalt qoydurub. Bəs yaxşı, bu pullar hanı, Asif Ağayev şəbəkəsi həmin pulları neyləyib? İcra başçısının mənimsədiyi pullar tək bunlar deyil, buo pulların cuzi bir hissəsidir.
Əgər Asif Ağayev yazıda qeyd olunan faktlarla bağlı qarşı tərəf kimi mövqe bildirmək istəyirsə, buyursun tribunamızndan istifadə edə bilər. Hər zaman mövqeyin dərc etməyə hazırıq

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin