Beyləqanda “Səba Broyler”in işçisi sahibkarı döyüb, ona xəsarət yetirdi

0
445
“Səba Broyler” şirkətinin mühafizəçisi vətəndaşın təsərrüfatına basqın edib.
RealMedia.az xəbər verir ki, “Səba Broyler” şirkətinin mühafizəçisi Şirinov Qoşqar İsrail oğlunun Beyləqan rayon ərazisində təsərrüfatla məşğul olmaq məqsədilə, icarəyə götürdüyü torpaq sahəsindəki yaşayış evinə basqın edərək, onu və ailəsini körpə uşaqlarının gözü qarşısında döyərək müxtəlif bədən xəsarəti yetirib.
Qoşqar Şirinov iddia edir ki, onu döyən “Səba Broyler”in hegomon işçisi həmin vaxt şərxoş halda olub.
Faktla bağlı Qoşqar Şirinov DİN -nin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat verib. Hadisə yerinə gələn Beyləqan rayon Polis Şõbəsinin əməkdaşları zərərçəkmiş şəxsi polis şöbəsinə aparıb izahatını alsalar da, lakin “Səba Broyler” şirkətinin qoluçomaqlı, adam döyən əməkdaşı polisə gətirilərək nə müayinədən keçirilib, nə də məsuliyyətə cəlb edilməyib.
RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin