BEYLƏQANDA QAZİLƏRİN HƏBSİ GÖZLƏNİLİR: İCRA BAŞÇISI BİR QURUP QAZİLƏRƏ CİNAYƏT İŞİ AÇDIRIR – İDDİA

0
822

Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev bir qurup Vətən müharibəsi qazilərinə cinayət işi açdırır. Bu barədə RealMedia.az-a qazilər özləri məlumat verib.

Onların sözlərinə görə, Asif Ağayev qazilərə qanunsuz torpaq zəbt etməkdə ittiham edərək, barələrində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanılması üçün yerli hüquq mühafizə və cinayət təqibi orqanlarına rəsmən müraciət edib, onların həbs olunmasına göstəriş verib. 
Artıq qazilər icra başçısının göstərişi ilə rayon hüquq mühafizə orqanlarına çağırıldıqlarını deyirlər.
RealMedia.az xəbər verir ki, qazilər onların hüquq mühafizə orqanlarına çağırılmalarının və cinayət işinin açılmasına dair xəbərdarlıq olunmalarının əsas səbəbi kimi, rayon ərazisində Beyləqan – Daşburun avtomobil yolunun sol tərəfində boş torpaq sahəsindən hər qazi üçün 15-20 kv.metr obyekt tikmək üçün yer qazaraq bünövrə tökdüklərini deyirlər.
Qazilər iddia edirlər ki, onlar dəfələrlə icra başçısından tikintialtı torpaq sahəsinin ayrılmasını xahiş ediblər. Lakin icra başçısı hər dəfəsində onlara söz verib aldadıb. Artıq onlar məcbur qalıb rayonun girişində boş torpaq sahəsində yerləşiblər. Ancaq icra başçısı onlara maneçilik törədir.
Qeyd edək ki, həmin ərazinin icra başçısı tərəfindən başqa bir şəxsə 120 min manata satıldığı deyirlər.
Onların sözlərinə görə, artıq icra başçısının göstərişi ilə rayon hüquq mühafizə orqanlarına çağırılaraq ərazini boşaltmalarını və bu işdən geri çəkilmələrinə dair ciddi şəkildə xəbərdarlıq ediliblər. Əks halda onların barəsində cinayət işinin açılacağı bildirilib.
Qazilər onu da bildirirlər ki, icra başçısının qanunsuz və özbaşınalığına qarşı Beynəlxalq Mətbuat Mərkəzində(BMM) mətbuat konfuransı, həftənin 2-ci günü isə Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirəcəklər.
RealMedia.az

 

Beyləqanda icra başçısı ilə qazilər arasında qarşıdurma: Qazilər icra başçısını ərazidən qovdular – ETİRAZ

 

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin