Beyləqanda pambıqçıların zəhərlənmə SƏBƏBİ – “Sahibkar məsuliyyətə cəlb olunmalıdır”

0
342

“Pambığın becərilməsi dövründə zərərverici və alaq otlarına qarşı işlədilən pestisitlərin üzərində qeyd edilən təlimatlara görə, işçilər tarlaya onun istifadəsindən yalnız iki sutka sonra çıxmalıdır. Amma Beyləqanda baş verən hadisə onu göstərir ki, pambıq becərən insanlar ya dərmanın üzərində qeyd edilən təlimatla tanış olmayıblar, ya da tanış olublarsa da məsuliyyətsiz yanaşıblar”. Bunu Bizim.Media-ya açıqlamasında ekspert Akif Nəsirli Beyləqanda pambıq tarlasında işləyən 15 nəfər rayon sakininin zəhərlənməsi fonunda bu kimi bədbəxt hadisələrin bir daha təkrarlanmaması üçün hansı addımların atılması vacibliyindən danışarkən deyib:

“Buna bənzər hadisə bir neçə il əvvəl də baş verib. Bu dəfə də hadisənin baş verdiyi tarlada çalışanlar toksit dərmanların istifadəsindən sonra iki sutkalıq intervalı gözləmədən, daha tez bir müddətdə sahəyə çıxıblar. Nəticədə zəhərləniblər”.

Ekspert bildirir ki, belə bədbəxt olayların baş verməməsi üçün dərmandan istifadə təlimatlarına əməl edilməlidir:

“Belə ki, toksit maddələr uzun müddət öz zəhərlilik təsirini saxlayır”.

A.Nəsirli onu da qeyd etdi ki, yaranmış vəziyyətdə, işçiləri təlimatlandırmayan, iki günlük vaxt ötmədən onları tarlaya çıxaran sahibkarlar zəhərlənənlərin iddiası əsasında məsuliyyətə cəlb edilməlidir:

“Həmin pambıq tarlası yaşayış məntəqəsindən 10 km. aralıdadır. Bu fonda da işçi tarlaya çıxmamışdan əvvəl orada hansı prosesin getdiyindən xəbərsiz olub.

Ona görə də sahibkar öncədən işçini təlimatlandıraraq, onların dərhal tarlaya çıxmasının qarşısını almalı idi. Bunu etməyibsə, baş verən hadisəyə görə deməli məsuliyyətə cəlb edilməlidir”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin