Beyləqanda əhali arasında marifləndirmə prosesi aparılır – koronavirusla bağlı

0
774

“RealMedia.az” xəbər verir ki, Beyləqan rayonunda koronavirusla bağlı dezinfeksiya işləri və karantin rejiminin tələbləri çərçivəsində profilakt tədbirlər, əhalinin təhlükəsiszliyinin təmini istiqamətində, davranış və ünsiyyət qaydalarına əməl olunması məqsədilə maarifləndirici tədbirlər davamlı şəkildə həyata keçirilir.

Beyləqan rayon İcra hakimiyyəti komissiya yaradaraq koronovirus infeksiyasının (COVİD-19)yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidomoloji normalara qeyd şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsini təmin edib. Bu məqsədlə şəhər,kənd və qəsəbələrdə qruplar yaradılaraq ərazilərə yaxşı bələd olan şəxslər vasitəsilə  əhalinin marifləndirilməsi prosesini həyata keçirirlər. Onlar ictimai yerlərdə, küçələrdə, parklarda sakinlərlə söhbət aparır, karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirir, küçə və meydanlardan evlərinə göndərirlər.

Müxtəlif yerlərdə, o cümlədən əhalinin intensiv keçdiyi küçələrdə, meydanlarda,inzibati idarələrdə,parklarda,küçələrdə, iri ticarət obyektlərinin ətrafında, çoxmərtəbəli yaşayış binalarının həyətlərində və giriş qapılarında, avtobus və taksi dayanacaqlarında sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri davam etdirilir.

Həyata keçirilən bütün tədbirlər rayon sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasını təşkil edir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin