Beyləqanda məmur arvadı koronavirus şübhəsi ilə xəstəxanaya aparılıb – AÇIQLAMA

0
1912

“Realmedia.az” verilən xəbərə görə,(dünən)Beyləqan rayon sakin Quliyeva Şəhla (ad, soyad şərtidir) Cəmil qızı yüksək hərarətlə Füzuli Diaqnostika Mərkəzinə aparılıb. Aparılan müayinələr  zamanı onun səhətində problemlərin olduğu, eləcə də temperatorunu yüksək olması faktı aşkar edilib.

Dərhal xəstənin vəziyyəti ilə bağlı yerli icra hakimiyyəti ilə yanaşı, aidiyyəti qrum və təşkilatlara, eləcədə hüquq mühafizə orqanlarına məlumat verilib.

Lakin xəstəni saxlamaq mümkün olmayıb. Belə ki,həmin qadının həyat yoldaşı Beyləqan rayonunda məmur vəzifəsini daşıdığından vəziyyətə müdaxilə edib və həyat yoldaşını xəstəxanadan çıxardaraq qaçırıb. Məlumatlarda onun qaçaraq gizləndiyi bildirilir.

Məsələylə bağlı Beyləqan və Füzuli rayon İcra Hakimiyyətləri ilə əlaqə saxladıq. Hər iki adı çəkilən qrum faktı təsdiqlədi. Bildirdilər ki, dünən Beyləqan rayon sakini Füzuli Diaqnostika Mərkəzinə aparılıb və müayinə proseduru zamanı yüksək hərarət aşkar olunub. Bununla bağlı da hüquq mühafizə orqanlarına məlumat verilib.

Məsələnin ciddiliyini nəzərə alıb bir daha dəqiqləşdirmək üçün Füzuli Diqanostika Mərkəzinin baş həkimi Şaiq Şükürovla əlaqə saxladıq. Baş həkim ona verdiyimiz sualları cavablandırarkən gah nala vurdu, gah da mıxa. Suallarımıza net bir cavab ala bilmədik. Baş həkim ilk öncə bu haqda Beyləqan Rayon Mərkəzi xəstəxanasının baş həkiminə müraciət etməyimizi bildirdi. Lakin biz ona xatırlatdıq ki, müayinə proseduru Beyləqan xəstəxanasında yox, məhz sizin rəhbərlik etdiyiniz Diaqnostika Mərkəzində aparılıb. Baş həkim Şaiq Şükürov isə gah belə bir halın baş vermədiyini, gah da verdiyini bildirdi. Sonda baş həkimdən kəlpətin gücünə söz ala bildik ki, əslində belə bir şəxs Diaqnostikaya müraciət edib. Və bütün proseduralardan da keçirilib, heç bir əlamət aşkarlanmayıb. “Bəs yaxşı, heç bir əlamət aşkarlanmayıbsa nə üçün hüquq mühafizə orqanlarına müraciət etmisiniz” sualımız isə cavabsız qaldı. Baş həkim bu suala cavab verməyib, telefonunu söbdürdü.

Bundan sonra Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkim Əli Məmmədovla əlaqə saxladıq. Baş həkim suallarımızı dinləyib, ətraflı şəkildə aydınlıq gətirdi. Bildirdi ki, dünən Beyləqan rayon sakini Quliyeva Şəhla (ad, soyad şərtidir) Füzuli Diaqnostika Mərkəzinə aparılıb və müayinə prosedurundan keçirilərkən, onda müəyyən əlamətdar (şübhələrə səbə) aşkarlanıb. Dərhal da həmin şəxsdən analizlər (yaxma)götürülərək müəyən üçün laboratoriyaya göndərilib.

P.S. İki həftə öncə Beyləqanda bir qadında müayinə zamanı hərarətin çıxması onun bütün ailə üzüvlərinin karantin altında alınmasına səbəb olmuşdur.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin