Beyləqanda koronavirus qarşı dezinfeksiya tədbirləri davam etdirilir (Fotolar-Yenilənib)

0
921

Dünyada koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsinin müşahidə olunduğu dövrdə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi dövlət başçısının diqqət mərkəzindədir.

Beyləqan rayonunda koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunub və əhalinin sosial izolyasiya tədbirlərinə əməl etmələri üçün müvafiq addımlar atılıb.

Rayonun kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçiblər. Xidmət əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq ərazidə dezinfeksiya tədbirlərini davam etdirirlər.

Bu gün görülən tədbirlərin davamı olaraq rayonun mərkəzi küçələrində dezinfeksiyaedici yuyulma tədbirləri həyata keçirilmiş, orta məktəblərin, bağçaların, idarə və müəssisələrin binaları dezinfeksiya olunmuşdur.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin