Beyləqanda dəhşətli cinayət hadisəsi törədilib: Bir ailənin 4 üzvü qətli yetirildi – TƏFƏRRÜAT

0
724

Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirilməsi hadisəsinin bəzi yeni təfərrüatı və hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin ittiham edildiyi maddə məlum olub.

“RealMedia.az” xəbər verir ki, F.Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, ailələr arasında 2010-cu ildən ədavət olub.

Belə ki, həmin il F.Cəlilzadənin atası münaqişə zəminində qonşusu Nadir Quliyevi öldürməyə cəhd edib və o, məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Lakin 6 il həbs cəzasından sonra azadlığa buraxılıb. Ailələr arasında münasibətlər daha da pisləşib.

Dekabrın 2-də F.Cəlilzadə mübahisə zəminində qonşuları – 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları – 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.

Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub.

Hazırda istintaq davam edir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin