Beyləqan tərəqqi yolunda: – Böyük ədibin heykəli olan parkda abadlıq, quruculuq işlərinə başlanılıb-(VİDEO)

0
90

Beyləqanda abadlıq quruculuq işləri davam edir. Xatırlayırsınızsa bir neçə ay əvvəl rayonun mərkəzi küçələrin hasarlarının yeni daş üzlüklərlə üzlənməsi, səkilərin salınması və magistral yolun əsaslı təmiri ilə bağlı reportaj hazırlamışdıq.

Bu günləridə bu abadlaşma prosesinin davamlı olaraq aparılmasının şahidiyik. Artıq demək olar ki, rayonda əhalinin gediş- gəlişi üçün səkilərin təmiri işləri demək olar ki, yekunlaşmaq üzərədir.

Bu günləri isə Beyləqan rayonunun mərkəzi küçələri ilə yanaşı, həm də parkların təmirinə başlanılıb. Belə ki, ilk olaraq şəhərin, magistral küçəsində yerləşən intibah dövrünün böyük ədibi olan Mücrəddin Beyləqaninin heykəlinin yerləşdiyi parkın təmirinə başlanıb. Daha sonra isə “Əmək Veteranları” adına parkın təmiri prosesi həyata keçiriləcək. Heykəlin yerləşdiyi parkın ərazisinə yeni tamet daşlar döşənilir, əsaslı təmir olunur, Parkın içində olan fantan yenidən təmir, bərpa olunur.

Bu tərəqqiyönümlü proseslərin ardıcıllığı onu göstərir ki, Beyləqan rayonunda abadlıq və quruculuq işləri sürətlə inşişaf edir, sakinlərin vaxtlarının səmərəli keçməsi üçün hər cür şəraitlər yaradılır. Və bu da Beyləqan rayonunun daha da müasir, moderin inkişaf etmiş Beyləqana çevirir. Rayonu bu cür görmək ilk əvvəl rayon sakinlərinin ən böyük arzusudir. Ona görə də görülən hər bir iş sakinlər tərəfindən də məmnunluq hissi ilə qarşılanır. İlk olaraq beyləqanlılar cənab Prezident İlham Əliyevə və rayon rəhbərliyinə, tərəqqiyönümlü işlərdə zəhməti olan hər kəsə dərin minnətdarlıqalrını bildirirlər.

Yeri gəlmişkən onu da qeyd edək ki, Beyləqanda Prezident İlham Əliyevin sərəncamından irəli gələrək yaşayış şəraiti aşağı olan sakinlərə 36 mənzillik binanın tikintisinə də başlanılmaq üzərədir.

Əlbəttə ki, bütün görülən işlərin fonunda Prezident İham Əliyevin xalqa qayğısı, diqqəti dayanır. Məhz ona görə də hər il ölkə başçısının sərəncamından dolayı “Azərbaycan Respublikası Regionların Sosial -İqtisadi İnkişafı Dövlət  Proqramı”  həyata keçirilir. Və,  bu Dövlət Proqramın  icrası isə icraedici orqanların üzərinə böyük bir məsuliyyət qoyur.

Göründüyü kimi də rayon rəhbərliyi və ona tabe qurumlar bu sahədə işlərin daha səmərəli və keyfiyyətli olması üçün bütün güclərini rayonun tərəqqisinə səfərbər ediblər.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin