Beyləqan RMX-da iclas keçirilib – Fotolar

0
459

Beyləqan RMX-sı PHŞ-i idarəetmə aparatı və həkim heyyəti ilə birlikde 07.02.2023- cü il tarixində “əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması və vərəm xəstələrinin dəqiq qeydiyyata alınması” mövzusunda iclas təşkil olunmuşdur.

İclası giriş sözü ilə başlayan Direktor Nurəngiz xanım Bəşirova ilk öncə qardaş ölkəmiz Türkiyənin başına gələn zəlzələ fəlakətindən danışaraq orada həlak olan soydaşlarımıza Allahdan rəhmət, yaralılara isə Allahdan şəfa dilədi. Həlak olan soydaşlarımız 1 dəqiqəlik sükutla yad edildi. Sonra tibbi keyfiyyətin yaxşılaşdırılmasına dair video çarx izlənildi, müzakirələr aparıldı. Daha sonra bu mövzu ilə əlaqədar olaraq İnzibati məzələlər üzrə direktor müavini Elnur Mahmudov ,ardınca isə Poliklinika şöbəsinin müdiri Fəxrəddin Quliyev, ardınca Terapiya şöbəsinin müdiri Şahlar Hüseynov,daha sonra isə həkim – fitiziatr Sabir Meyyaroğlu çıxış etdilər.

Qeyd edək ki, iclas xəstəxananın yeni istifadəyə verilmiş akt zalında keçirilib.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin