Beyləqan rayonunda Vətən müharibəsi qaziləri diqqət mərkəzindədir

0
162

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi Beyləqan rayonunda da diqqət mərkəzində saxlanılır.

“RealMedia.az” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova və digər əməkdaşları  işğaldan azad edilən torpaqlar uğrunda gedən döyüşlərdə yaralanan, Kəbirli kənd sakini, qazi Şəfiyev Əlisafa Ələsgər oğlunun  evində olublar. Görüşdə “Qarabağ qazilər” Birliyinin rayon filialının sədri Nüsrət Köçərəliyev də iştirak etmişdir. Ziyarətçilər qazinin səhhəti, müalicələrinin gedişi və problemləri ilə maraqlanıb,torpaqlarımızın azadlığı uğrunda göstərdiyi mübarizliyinə görə qazimizə minnətdarlıq hisslərini ifadə edib, ailəsinə maddi yardım və ərzaq sovqatı çatdırıblar.
Vətən müharibəsi iştirakçısı Əlisafa Şəfiyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən döyüşlər nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirakından fəxrlə söhbət açıb.

M.Fərzəliyev adına Kəbirli kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində çalışan Əlisafa müəllim Vətən müharibəsinin ilk günlərində könüllü olaraq ordu sıralarına qatılmış,kəşfiyyat bölüyündə taqım komandiri vəzifəsində torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıq göstərərək oktyabr ayının 22-də Qubadlı uğrunda döyüşlərdə ağır yaralanmışdır.

Ali baş Komandan İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”,”Cəbrayılın azad olunması uğrunda”,”Vətən müharibəsi iştirakçısı” və ”Qubadlının azad olunması uğrunda” medalları ilə təltif olunmuşdur.

Görüşdə dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə edən qazimiz qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu diqqətə çatdırdı.
Qazilər və ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

RealMedia.az

 

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin