Beyləqan Mühafizə Şöbəsində işçilərin əməyi necə istismar olunur? – İDDİA

0
395

Xatırlayırsınızsa, bir neçə gün öncə Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasını mühafizə edən Beyləqan Rayonlararası Mühafizə Şöbəsininin mühafizə polisi İlyas Hüseynovun “Makarov” tipli  xidməti silahından xidmət vaxtı atəş açılmasından yazmışdı. Mühafizəçi polislər “naryadı” bir – birlərinə təhvil verərkən silahla ehtiyatsız davranmış və nəticədə güllə açılaraq, icra hakimiyyətinin divarına dəymişdi. Rəis Elşən Qayıbovun dərhal ört-basdır etdirərək hadisəni gizlətməyə çalışmışdı.

Onu da qeyd etmişdik ki, məlumat saytda dərc olunandan sonra sosial şəbəkədə rəylər yazılmış və yazdırılmışdı (!) Bu rəylərə münasibətimizi “TAPANÇASI SÖZÜNƏ BAXMAYAN POLİS “FEYZBUK”DAN “ATƏŞ AÇIR” sərlövhəli növbəti məqaləmizlə ifadə etmişdik.

Etibarlı mənbədən aldığımız məlumat belə nəticə çıxarmağımıza əsas verir ki, uğursuz polis mühafizəçisinin əlindəki silahdan atəş açılmasının səbəbi nə təsadüf, nə də onun qeyri-peşəkarlığı imiş.

Sutkalıq mühafizə olunan obyektə 4 nəfər ştat verilir. Həmin obyektlərdə 8-16 saat xidmət aparılmalıdır. Ancaq etibarlı mənbədən verilən məlumata görə, şöbəyə yeni təyin edilmiş rəis Elşən Qayıbov onları 24 saat xidmətə çıxarır.

“8-16 saat xidmət aparmalı olan mühafizəçi 24 saat xidmət aparır, 2 gün evdə qalıb istirahət edir və ya digər işlə məşğul olur. Bütün bunlar naryad kitabı yoxlanılsa, öz təsdiqini tapacaq” – deyə mənbə qeyd edir.

Beləliklə, Əmək Məcəlləsinin müvafiq tələbləri pozulur. Mənbənin bildirdiyinə görə, mühafizəçilər ixtiyarlarında qalan sərbəst günlərdən səmərəli istifadə etmək üçün əməklərinin Elşən Qayıbov tərəfindən istismar edilməsinə razı olur, hətta buna görə rəisə “minnətdarlıq” da edirlər. Ancaq məsələ burasıdır ki, bu cür növbəyə çıxan mühafizəçilər növbənin son saaatlarında necə deyərlər, “yuxu gözlərindən töküldüyündən”, sayıqlıqlarını itirirlər. Yuxusuzluq səbəbindən tapança əllərindən açıla da bilər, ehtiyatsızlıqdan adam da öldürə bilərlər.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin