Beyləqan məktəblərində “Diqqət uşaqlar” mövzusunda maarifləndirici tədbir keçirilib

0
83
RealMedia.az xəbər verir ki, Beyləqan rayonunda 6 və 7 saylı tam orta məktəblərdə Beyləqan Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən “Diqqət uşaqlar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə RPŞ-nin əməkdaşları, məktəblərin pedaqoji heyəti və şagirdlər iştirak ediblər. Bu tədbirlərin keçirilməsində məqsəd azyaşlılara yol hərəkəti qaydaları haqqında ümumi təsəvvür yaratmaq və yol nişanlarının tələblərinin öyrədilməsidir.
DYPB-nin əməkdaşları Səfəralı Kazımov və İlqar Ələsgərli bildirib ki, bu tipli görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti haqqında dolğun məlumat vermək, onlara təhlükəsizlik davranış vərdişlərini aşılamaq və tədris prosesinin səmərəliyinin yüksədilməsinə Dövlət Yol Polisinin köməyini artırmaqdır. Həmçinin məktəblilərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, təhlükəsizlik qaydaları izah olunub. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin