Beyləqan icra hakimiyyəti bu dəfə də şəhid ailələrini ziyarət edib, onlara qayğı göstərib

0
459
“RealMedia.az” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyəti aztəminatlı ailələr və tənha yaşayan şəxslərlə birlikdə şəhid ailələrinin də qapısını döyüb, onlara qayğı göstərib, yardım edib.
Beyləqan Rayon İcra Hakimiyyəti rayonda yaşayan aztəminatlı ailələrə, ahıl və tənha yaşayan şəxslərə müntəzəm olaraq baş çəkilir, onlara diqqət və qayğılarını əsirgəmirlər. Bu qəbildən olan insanlarla yanaşı, həm də sosial problemləri aşağı olan və sosial qayğıya ehtiyac duyan digər ailələrdə siyahıya əlavə edilərək onlar xüsusi nəzarətdə saxlanılmaqla sosial problemlərinin həllinə yardım edilir. Bu günlərdə də bu ənənəyə uyğun olaraq icra hakimiyyəti tərəfindən 13 nəfər ahıl və tənha yaşayan yaşlı şəxslərə və 12 aztəminatlı ailəyə ərzaq yardımı göstərilib.
Beyləqan rayon icra hakimiyyətindən RealMedia.az-a bildiriblər ki, onlar  bu dəfə yerli icra nümayəndələri ilə birlikdə şəhid ailələrinə – şəhid analarına də baş çəkiblər. Aprel döyüşlərində düşmənlə qeyri-bərabər döyüşdə sücaətli döyüş nümunəsi göstərərək qəhrəmancasına ŞƏHİD olmuş, Xüsusi Təyinatlı Qüvvələrin giziri Məhəbbət Mirzəyevin, Milli ordumuzun giziri Şahin Cavadzadənin və əsgər Ayaz Hüseynovun ailəsini də ziyarət edib, onlara yardım ediblər.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin