Beyləqan: 28000 min kv/m sahədə abadlıq – quruculuq işləri görülüb: ayrılan vəsait təyinatı üzrə və səmərəli xərclənir

0
5071
Ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində hər yerdə olduğu kimi, Beyləqan rayonunda da davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar əsaslı şəkildə təmir olunur, mərkəzi küçələrdə abadlıq işləri aparılır, Parklar salınır, hasarların fasadları müasir üslubda üzlənir, yol kənarlarında yaşıllıq zolaqları salınır. Görülən işlər nəticəsində rayonun görkəmi müasir standartlara cavab verir.
Tərəqqipərvər kütləvi informasiya vasitəsi olan RealMedia.az saytı Beyləqan rayonunda aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olub və gerçəkliyi öyrənib:
Apardığımız araşdırmalardan və əldə etdiyiz informasiyalardan məlum olurb ki, rayon üzrə ümumi abadlıq, quruculu işlərinin aparıldığı sahə 28000 min kv/m əhatə edir. 4405 kv/m hasarlara üzlük daşlar çəkilib. 800 kv/m hasar isə dekorativ kərpiclə üzlənib. 4922 paqon/m bardür düzülüb. 11592 kv/m asfaltlaşma işləri görülüb. Yaşıllaşdırma işləri 10203 kv/m sahəni əhatə edib. 1464 kv/m sahəyə tamet (beton piltə) döşənib. Rayonda ilin əvvəlindən görülən bu həcmdə abadlıq işlərinə ayrılan vəsait tam şəkildə təyinatı üzrə xərclənib.
Təbii ki, hazırki vəziyyətdə ölkəmizin hər yerində olduğu kimi, Beyləqanda da daha çox diqqət koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən  görülən tədbirlərə dəstək məsələsinə ayrılmışdır. Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirdiyi layihə çərçivəsində başlanılmış sosial aksiya Beyləqan rayonunda da davam edir. Aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Beyləqan Poçt Filialının vasitəsilə Heydər Əliyev Fondunun  “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 422 nəfərə yardımlar paylanılmışdır.
İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Beyləqanda ictimai məkanlarda, park və xiyabanlarda dezinfeksiya işləri aparılır. Bununla yanaşı küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda həyata keçirilən dezinfeksiya işləri davam etdirilir. Bu işlər müvafiq qurumlar tərəfindən istirahət məkanları, əhali tərəfindən ümumişlək olan ərazilərdə gündəlik olaraq həyata keçirilməkdədir.
P.S. Son günlərdə bəzi elektron kütləvi informasiya vasitələrində güya ki, Beyləqan rayonunun abadlığına ayrılmış vəsaitin mənimsəniləməsi ilə bağlı məlumatlar dərc edilmişdir ki, bu da həqiqətə uyğun deyildir.
RealMedia.az-ın,
araşdırma qrupu

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin