“Belə olsa, Fransa ilə diplomatik əlaqələri kəsəcəyik” – ADP sədri

0
116

Paris meriyası  qondarma Dağlıq Qarabağ Respublikasını tanımağa hazırlaşır. Prosesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur. Qeyd edək ki, bu təşəbbüslə mer Ann İdalqo çıxış edib. Mer qatı ermənipərəst mövqeyi ilə tanınır, hətta onun erməni lobbisinin tam nəzarətində olduğu deyilir.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu yenisabah.az-a açqlamasında vurğulayıb ki,  beynəlxalq hüquqa əsasən, hər hansı dövlətin ərazisindəki subyekti həmin dövlətin özü tanımadan heç kim tanıya bilməz:

“Biz də Fransanın ərazisində istənilən bölgəni müstəqil dövlət elan edə bilərik. Bax, bu, nə deməkdirsə, Fransanın da hərəkəti odur. Hansısa dövlət belə bir addım atacağı təqdirdə biz həmin ölkə ilə bütün diplomatik əlaqələri kəsəcəyik. Bunu ölkə başçısı deyib. Bu, o deməkdir ki, Fransanın buradakı səfirliyi geri çağırılacaq, buradakı iş strukturları ləğv olunacaq, yəni Fransa ilə Azərbaycan müharibə vəziyyətinə gələcək. Çünki bu, Azərbaycan ərazisinə qəsd, Azərbaycanın parçalanmasına cəhd deməkdir”.

Həmsöhbətimiz bildirib ki, Fransa bunu etməklə Türkiyədən acıq çıxmağa çalışır:

“Burada həmsədirlik filan boş şeydir. Müasir dünyada indi konyuktura var. Onlar guya öz aləmlərində Türkiyənin intiqamını bizdən alırlar. Çünki Türkiyə bir çox yerdə onların maraqlarına ciddi zərbə vurub. Yəni heç bir hüquqi əsas yoxdur. Fransanın belə bir qərar qəbul etməsi o demək deyil ki,  Dağlıq Qarabağ azad oldu. Sadəcə olaraq belə bir addım atacaqlarsa, o, çox pis beynəlxalq-hüquqi president olacaq. Gərək, o zaman Fransa Kataloniyanı və dünyada bu vəziyyətdə olan digər əraziləri də tanısın. Bu isə o deməkdir ki, gərək, Fransa bütün dünya ilə müharibə aparsın”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin