Bayram Səfərov bu dəfə də Şuşaya buraxılmadı…- İDDİA

0
243
Məlumata görə, bu günlərdə Şuşaya səfər etmək istəyən icra başçısı ilə polis şöbəsinin rəisi Səməd Məhərrəmov arasında mübahisə yaranıb.
İcra başçısının rayona gəlmək istəyinə qarşı çıxan şöbə rəisi icra başçısı ilə mübahisə edib.
Belə ki, Bayram Səfərova rayona gəlmək üçün Şuşa Şəhər Qoruq İdarəsinin rəisi Məftun Abbasovdan icazə almalı olduğunu deyən polis rəisi əks təqdirdə onun rayona buraxılmayacağını bildirib.
Bayram Səfərovun Məftun Abbasova müraciəti isə “yox” cavabı ilə nəticələnib.
Yalnız bir dəfə Şuşaya gedən icra başçısı Xarıbülbül festifalında qonaq qismində iştirak edib.
Görünür, Şuşaya yolunun açıldığını düşünən Bayram Səfərov bu dəfə ona maneçilik törədilməyəcəyini zənn edib.
Onu da qeyd edək ki, Bayram Səfərov bir neçə ay əvvəl də eyni vəziyyətlə üzləşmişdi.
Gününsəsi info.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin