“Baş verə biləcək radioloji qəza geniş ərazilərə təsir edəcək” – Grossi xəbərdarlıq etdi

0
139

Ukrayna və Rusiya arasında davam edən münaqişə fonunda baş verə biləcək nüvə və ya radioloji qəza təkcə Ukrayna və Rusiya xalqlarına deyil, qonşu ölkələr də daxil olmaqla daha geniş ərazilərə təsir edəcək.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Prezidenti Rafael Mariano Grossi xəbərdarlıq edib.

“Tarixdə ilk dəfə olaraq böyük nüvə enerjisi proqramının obyektləri ətrafında müharibə gedir. Bura Ukraynanın 5 atom elektrik stansiyası daxildir. Hazırda heç bir nüvə qəzası olmadığı üçün şanslıyıq. Amma əvvəllər dediyim kimi, biz hər zaman o qədər də şanslı olmaya bilərik”, – Qrossi deyib.

 

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin