Baş redaktorun məhkəməsi gərgin keçib -YENİLƏNİB

0
1662

Bu gün 12:00 radələrində Sonolay.org portalının baş redaktoru  Ramin Məhəmmədoğlunun Şirvan Apellyasiya Məhkəməsində işi üzrə məhkəmə iclası başa çatıb. Növbəti məhkəmə iclası 27-nə təyin olunub. Baş redaktorun verdiyi məlumata görə məhkəmə iclası gərguin keçib, hakimlər yenə qərəzli mövqedə olublar. Belə ki, jurnalistin təqdim etdiyi vəsadətlər qəbul edilməyib.

Bu baradə geniş açıqlama veriləcək.

 

 

***

Bu gün 12:00 radələrində Sonolay.org portalının baş redaktoru  Ramin Məhəmmədoğlunun Şirvan Apellyasiya Məhkəməsində işi üzrə iclas keçiriləcək. Xatırladaq ki, baş redaktor Füzuli rayon məhkəməsinin barəsində  çıxarmış olduğu hökmdən narazı qalaraq Şirvan Apellyasiya məhkəməsinə şikayət verib.

 Eyni zamanda da Beyləqan rayon Təhsi şöbəsinin müdiri Rüstəmova Xuraman Müzəffər qızı Füzuli rayon məhkəməsinin Ramin Məhəmmədoğlu  barəsində çıxardığı 06 iyun 2017-ci il tarixli hökmündən apellyasiya şikayəti verərək,  çıxarılan hökmün dəyişdirilərək onun həbs tələbini irəli sürüb.

Şirvan Apellyasiya Məhkəməsinin 15 avqust 2017-ci il tarixində təyin etdiyi ilkin hazırlıq iclasında Şirvan Apellyasiya Məhkəməsinin bütün tərkibinə etirazla bağlı vəsatət verən jurnalist , barəsində olan cinayət işinin başqa apellyasiya məhkəməsində baxılması üçün göndərilməsi məsələsinin həll edilməsi üçün işi aidiyyəti üzrə göndərilməsini xahiş edib. Məhkəməyə sədrlik edən hakim Kamil Bəşirov və tərkibdə əyləşən Ələsgər Novruzov həmin vəsatətimi təmin etməmiş işi 28 avqust 2017-ci il tarixinə baxışa təyin etmişdir.28 avqustda qarşı tərəfin gəlməməsi səbbilə məhkəmə 11 sentyabra təxirə salınmışdı.

Buna görə baş redaktor məhkəmənin işə ədalətlə baxacağına şübhə etdiyi barədə ictimaiyyəti məlumatlandırıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin