Baş redaktor “VTB Bank”–ın cinayətini ifşa etdi: Binəqədi RPİ-nin İstintaq şöbəsi araşdırmalara başladı

0
624

Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz.

Daşınar əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina üçün mülkiyyətçi bu barədə yazılı elan verməli və ya həmin əmlaka hər hansı hüququnu saxlamaq niyyəti olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə etməkdən və ona dair sərəncam verməkdən kənarlaşmasını aşkar göstərən başqa hərəkətləri yerinə yetirməlidir. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Əfsus ki, Azərbaycanda bəzi kreditor banklar özbaşınalıq edərək qanunun bu tələblərini pozurlar. Belə neqativ hallara çox vaxt kredit yolu ilə alınmış avtomobillərlə bağlı tarixçələrdə rast gəlinir.

Çəkdiimiz misalda bank kredit müqaviləsindən maksimum xeyirlə və minimum zərərlə çıxmaq üçün hər cür fırıldağa əl atıb, sılğorta hadisəsinə məruz qalmış nəqliyyat vasitəsini başqa müştəriə satmaq üçün maşının gövdəsi üzərində, alın şüşəsinin altında və oturacağın alt hissəsində yazılmış olan ban nömrələrini dəyişməkdən belə çəkinməyib.

VTB Bank (Azərbaycan) ASC “RealMedia.az” saytının baş redaktoru Qurbanov Ramin Məhəmməd oğluna məxsus “KİA CERATO” markalı, 99 FX 119 dövlət qeydiyat nişanlı avtomobilin ban nömrəsini çıxardaraq başqa bir eyni markalı avtomobilin üzərinə köçürərək satıb.

Bu faktlar baş redaktor R. Məhəmmədoğlunun apardığı araşdırmalardan və əldə etdiyi rəsmi məlumatlarda öz əksini tapıb.

Məlum olmuşdur ki, baş redaktora məxsus «KİA Cerato» markalı, 99 FX 119 dövlət qeydiyyat nişanlı minik avtomobilinin ban nömrəsi xüsusi alətlə kəsilərək götürülmüş və başqa bir ağ rəngli «KİA Cerato» markalı 99 KL 036 dövlər qeydiyyat nişanlı avtomobilin üzərinə köçürülərək satılmışdır. O da bəllidir ki, hazırda həmin avtomobil Bakı şəhərində idarə olunur.

Bütün bu məlumatları əldə etdikdən sonra Qurbanov Ramin Məhəmməd oğlu Bakı Şəhər Baş Polis İdarəsinə rəsmi müraciət edərək, VTB Bank (Azərbaycan) ASC-nin qanunsuz əməllərinə qarşı tədbirlər görülməsini xahiş edib. Müraciətlə əlaqədar hazırda VTB Bank ASC-nin saxtakarlığı ilə bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən araşdırmalara başlanılıb. Baş redaktor R. Məhəmmədoğlu qeyd olunan məsələylə bağlı Binəqədi Polis İdarəsinin İstintaq Şöbəsinə dəvət olunub və izahatı alınıb.

Məlumat üçün bildirək ki, Ramin Məhəmmədoğlu 27.08.2013-cü il tarixli 116483-1-8408 saylı kredit müqaviləsinə əsasən «VTB» Bank (Azərbaycan) ASC vasitəsilə bir ədəd, 2013-cü il buraxılışlı, qara rəngli «KİA Cerato» markalı, 99 FX 119 dövlət qeydiyyat nişanlı minik avtomobili əldə edib. Eyni zamanda da, 27.08.2013-cü il tarixdə avtomobil «AtaSığorta» ASC tərəfindən kasko sığorta olunmuşdur.

29.12.2013-ci il tarixdə sığorta hadisəsi baş vermiş, yəni avtomobil qəzaya uğramışdır.

Baş vermiş yol — nəqliyyat hadisəsi ilə əlaqədar olaraq sığorta şirkəti 11.250,00 manat məbləğində pul vəsaitini 03.04.2014-cü il tarixli, 325/14-03/0000014980 saylı sığorta aktına əsasən müqavilə üzrə faydalanan şəxs Bank VTB (Azərbaycan) ASC-nin 1 №li «Əcəmi» filialının 14.02.2014-cü il tarixli 2018 saylı məktubuna uyğun olaraq sığortalının Bank VTB (Azərbaycan) ASC -nin 1 №li «Əcəmi» filialında olan bank hesabıma köçürmüşdür.

Avtomobil yol — nəqliyyat hadisəsindən, yəni sığorta şirkəti əməkdaşları sənədləşmə işlərini yekunlaşdırıb bitirdikdən sonra avtomobili xüsusi evakuator vasitəsilə «KİA MOTORS AZ» MMC-nin №-3 servis mərkəzinə yerləşdirilmişdir. Qəza zamanı avtomobilin yararsız hala düşən qarşı hissəsi servisdə qismən təmir etməsinə baxmayaraq, «VTB» Bank (Azərbaycan) ASC avtomobilin təmiri üçün sığorta şirkəti tərəfindən 11.250,00 manat məbləğində pul vəsaitini «KİA MOTORS AZ» MMC-nin №-3 servis mərkəzinə köçürməmişdir.

«VTB» Bank (Azərbaycan) ASC avtomobilin tam təmir olunub yararlı vəziyyətə gətirilməsi öhdəliyini mənim üzərimə qoymuş və avtomobil tam təmir olub, istismara hazır olduqdan sonra avtomobilin təmirinə görə ayrılmış sığorta ödənişini ödəyəcəyini bildirmişdir. Belə olan halda isə, «VTB» Bank (Azərbaycan) ASC ilə aramızda mübahisə yaranmış və bu mübahisə məhkəməyə qədər uzanmışdır.

Bakı şəhər, Xətai rayon məhkəməsinin 2(011)-38/2014 saylı, 15.08.2014-cü il tarixli qətnaməsinə əsasən məndən(Qurbanov Ramin Məhəmməd oğlundan) və Muradov Ramil Hüseyn oğlundan 27.08.2013-cü il tarixli 116483-1-8408 saylı kredit müqaviləsinə əsasən 20.328.31 ABŞ dolları əsas borc, 801.65 ABŞ dolları faiz borcu, 48.60 ABŞ dolları cərimə borcu olmaqla cəmi, 21.178.56 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmaqla, mənim mülkiyyətimdə olan «KİA Cerato» markalı, 99 FX 119 dövlət qeydiyyat nişanlı minik avtomobili açıq hərracla satılmaqla, avtomobilin satışından əldə olunan vəsait 21.178.56 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması qət edilmişdir.

Bakı şəhər, Xətai rayon məhkəməsinin 2(011)-38/2014 saylı, 15.08.2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməyib.

Bakı şəhər Xətai rayon məhkəməsinin qətnaməsindən sonra təhvil verdiyim avtomobili götürən Bank VTB (Azərbaycan) ASC-nin əməkdaşları bildirmişlər ki, açıq hərrac keçirilərkən mütləq şəkildə mənə məlumat veriləcək. Ancaq bir müddət keçdikdən sonra mən Bank VTB (Azərbaycan) ASC-nin baş ofisinə gedərək avtomobilin harda olduğunu öyrənməyə çalışdım. Həmin vaxt mənə rəsmi məlumat verməsələr də, şifahi bildirildi ki, avtomobil açıq hərrac yolu ilə satılıb. Bundan sonra mən Bank VTB (Azərbaycan) ASC-yə rəsmi sorğu edərək cavab aldım ki, həqiqətən də mənə məxsus «KİA Cerato» markalı, 99 FX 119 dövlət qeydiyyat nişanlı minik avtomobili 18 yanvar 2017-ci il tarixində açıq hərracda 1 870,00 AZN məbləğində satılıb”.

Qeyd edək ki, Ramin Qurbanov hazırda Bank VTB (Azərbaycan) ASC-yə qarşı hərracın nəticələrinin ləğv edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair Xətai rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin