Azərbaycanın Baş Naziri Əli Əsədov rayon və şəhər icra hakimiyyətlərinin rəhbərlərinə müraciət edib. “Report” xəbər verir ki, Baş Nazir bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın onun sədrliyi ilə keçirilən bugünkü iclasında bildirib. “Buradan müraciət edərək qərargahın üzvlərindən kənarda olan bütün rayon, şəhər icra hakimiyyətlərinin rəhbərlərinə bir nömrəli tapşırıq kimi, cənab Prezidentin tapşırığını çatdırmaq istəyirəm. Bir nömrəli və ən vacib tapşırıq bu gün ondan ibarətdir ki, karantinin şərtləri sözsüz-şərtsiz icra olunmalıdır və hamı buna riayət etməlidir. Yaşından, vəzifəsindən, heç bir imtiyaza baxmayaraq bunun tələbləri vaxtında və tam şəkildə icra olunmalıdır”, – deyə Baş Nazir Əli Əsədov qeyd edib. Ə.Əsədov vurğulayıb ki, bununla əlaqədar qanunvericiliyin şərtlərinə uyğun olaraq dövlət tərəfindən bütün lazım olan tədbirlər görüləcək və qarşıya qoyulan tapşırıqlar 100 faiz icra olunacaq.
Xəbər lenti
Zaxarova: “Azərbaycan hər zaman sülh danışıqlarına hazır olduğunu təsdiqləyib”
“Bakı həmişə bizə İrəvanla sülh danışıqlarına hazır olduğunu təsdiqləyib”.
RealMedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova bildirib ki, onlara...
Maşın almaq istəyənlərə XƏBƏRDARLIQ – Qiymətlər bu tarixdən YÜKSƏLƏCƏK
2024-cü ilin əvvəllərindən etibarən, 2014-cü il istehsalı olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılacaq.
Belə ki, avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart...
TƏBİB-dən əcaib-qəraib təyinat: Beyləqan xəstəxanasında biologoya müəlliməsi necə laborant-həkim işləyir?
Dəfələrlə Beyləqan rayon mərkəzi xəstəxanasında baş verən qanunsuzluqlardan, işə götürülən işçilərlə bağlı düzgün təyinat aparılmaması, yəni Əlinin papağını Vəli, Vəlinin də papağını Əli başında...
Ailə institutu dağıdılır, saxta diplomlu məmurlar isə… – Azərbaycanda HƏYƏCAN SİQNALI
Ailə milli-mənəvi dəyərlərin təcəssümü və daşıyıcısıdır. Ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, güclü ailələrin formalaşması və Azərbaycan ailəsinə xas ailə modelinin qorunması...
Cari ilin 9 ayında Azərbaycanda qadınlara qarşı 5034 cinayət törədilib
Cari ilin 9 ayında Azərbaycanda qadınlara qarşı 5034 cinayət hadisəsi törədilib.
"RealMedia.az" xəbər verir ki, bunu Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış...
Kremlə qarşı yeni addım: İrəvana “hərbi missiya” gəlir – NƏ BAŞ VERİR?
AB və onun aparıcı üzvü Fransa son dövrlərdə Ermənistanda öz hərbi varlığını genişləndirmək üçün aktivləşib.
Bu sözləri Axar.az-a AB-nin Ermənistana hərbi-texniki heyət göndərmək planı haqqında danışan...
İran və Rusiya Cənubi Qafqazı bağlayır, Türkiyə isə… – erməni politoloq ŞƏRH EDİR…
Rusiya və İran Cənubi Qafqazı Qərbin müdaxiləsinə bağlayır və Xəzər formatı “3+3” platforması ilə birlikdə buna xidmət edir.
Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq...
General polkovniki vəzifəsindən azad etdi – ƏMR
Dövlət Gömrük Komitəsinin Rusiya nümayəndəsi vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmr ilə...