Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi

0
161

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə birgə əməliyyat tədbiri həyata keçirilib. Bu barədə DİN-nin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Baş İdarəyə Şəmkir sakini Turan Hüseynovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Onun yaşadığı evin zirzəmisinə baxış zammanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi və 4 ədəd patron aşkar olunaraq götürülüb. T.Hüseynov ifadəsində silah-sursatın ona tanışı, Şəmkir sakini İbrahim İbrahimovun saxlamaq məqsədi ilə verdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs də saxlanılaraq məsuliyyətə cəlb edilib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 228.2.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. T.Hüseynov və İ.İbrahimovun barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şəmkir rayonunda əməliyyat keçirib

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin