“Bakıdan ev alıb, burada yaşayacağam” – “Kurtlar vadisi”nin məşhur aktyoru

0
126

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialının Erhan Güllüsü aktyor Erhan Ufak həyat yoldaşı ilə Bakıda “Nisan” filminin mətbuat konfransına qatılıb.

Erhan Ufakı həyat yoldaşı Sürəyya Ufak yalnız buraxmayıb. O, iki övladı və xanımı ilə Bakını həm də gəzəcəyini bildirib.

Aktyor Musavat.com-a açıqlamasında deyib ki, Bakıda yaşamaq fikri var:

“Bu dəfə ailəmlə gəldim. Bilirsiniz ki, burada “Sanat Akademiyası” açdıq. Mən də orada dərs deyirəm. İşlər yaxşı getsə, Bakıdan ev alıb, burada yaşayacağam”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin