““Formula 1” Bakı üçün böyük yarışdır. Bakı son illərdə çox yaxşı sıçrayış edib. Güclü iqtisadiyyatımız sayəsində belə yarışlara rəhbərlik edirik. Önəmli beynəlxalq tədbirlərin təşkilatçısıyıq. Bunun müsbət tərəfini görürük”.
Bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “İri miqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı tədbirdə deyib.
O bildirib ki, 2016-cı ildən indiyə qədər turistlərin sayı 4 dəfə artıb: “Yeni iş yerləri açılıb. 10 il bundan əvvəllə müqayisədə otellərin sayında xeyli inkişaf var. Sakinlərimiz böyük yarışlar sayəsində beynəlxalq arenaya inteqrasiya edir. Belə tədbirləri davam etdirmək istəyirik”.
Əzizov qarşıdakı illərdə keçiriləcək idman yarışlarından da söz açıb: “Biz dünyada gedən bütün prosesləri izləyirik. Beynəlxalq təcrübədən yararlanırıq. Çalışırıq ki, yeni forma metodlardan istifadə edək. Proseslərdə bizim nailiyyətlərimiz var”.