Bakıda qəza: Sabiq polis avtomobillə Daxili Qoşunların əsgərini vuraraq öldürdü

0
189

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı sabiq polis serjantı Vaqif Novruzov avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə noyabrın 6-da Sabunçu rayonu ərazisində baş verib:

“Sabiq polis serjantı Vaqif Novruzov idarə etdiyi “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış DQ-nin əsgəri Rövşən Alxasovu vurub. O, dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq orada vəfat edib”.

DİN rəsmisi sürücülərə müraciət edib:

“Hər birimiz – istər sürücü, istər piyada, istərsə də sərnişin olaraq avtomobil yollarında məsuliyyətimizi dərk etməliyik. Heç kimə sirr deyil ki, günümüzdə insan itkilərinin baş verməsinin ən böyük səbəblərindən biri də məhz yol qəzalarıdır. Sürücülər sükan arxasında olan zaman ehtiyatlı olmalıdırlar”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin