Bakıda narkotik satan dəstəyə 25 il cəza verildi

0
117

Azərbaycanda külli miqdarda narkotik vasitələrin satışını təşkil etməkdə ittiham edilən dəstəyə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə əldə etmə və satmaq da ittiham edilən Güloğlan Behbudov, Cəmilə Rzayeva və Zaur Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Məhkəmənin hökmü ilə Güloğlan Behbudov 8 il 6 ay, Cəmikə Rzayeva 8 il, Zaur Hüseynov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə onlar İrandan Azərbaycana gətirilən külli miqdarda narkotik vasitənin satışını təşkil ediblər. Dəstə üzvləri əməliyyat zamanı iş başında yaxalanıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə və satma) maddəsi ilə ittiham irəli sürülüb.

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin