Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

0
44

Bu gün saat 05:02 radələrində Təcili Tibbi Yardıma dəm qazından zəhərlənmə barədə məlumat daxil olub.

Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İsgəndərov küç 48 ünvanından bir ailənin 4 üzvü- 35 yaş ata, 32 yaşlı ana, övladları- 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin