Bakıda bayker yol polisini ifşa etdi – GİZLİ ÇƏKİLİŞ

0
1435
Tanınmış bayker yol polisini ifşa edib. Criminal.az saytı xəbər verir ki, bayker Vüqar İsmayılov Bakı-Yevlax-Qazax yolunda qarşılaşdığı polis özbaşınalığını mobil telefon vasitəsilə çəkib. Videoda bayker iddia edir ki, yol polisi kobud qayda pozuntusu etməklə sürücüləri günahsız cərimələyir.
”Yevlax rayonu DYP-nın əməkdaşların qanunsuz fəaliyyəti və gün ərzində qanunsuz yazılan protokollar! DYP-nın xidməti maşını hərəkət hissəsinin sol tərəfində saatlarla durub təhlükə yaradaraq, sürücülərin təhlükəsizliyini düşündüklərinə inanırsız? Burda bir məqsəd var, daha çox protokol və maaşlarına əlavə edilən (günahsız sürücülərdən ödənilən cərimələr hesabına %) qazanc! Bu cür özbaşınalığı içtimayələşdirilməsini özümə borc bildim və əminəm ki aydiyyəti qurumlar nəzər yetirəcəklər. Biz şikayətimizi edəcəyik”-deyə bayker yol polisinin hərəkətinə kəskin iradını bildirib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin