Bakı şəhəri uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllimləri əmək haqqlarını ala bilmir-ŞİKAYƏT

0
3469

Bir müddətdir ki, müxtəlif KİV-də Bakı şəhərində fəaliyyət göstərən musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllimlərinin əmək haqqlarının əsassız şəkildə kəsildiyi haqqda məlumatlar dərc edilib. Mədəniyyət və Turizm Nazirliyi o cümlədən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi bu şikayətlərə münasibət bildirərək, yanvar ayında bu problemin aradan qaldırılacağı və kəsilən əmək haqqlarının geri qaytarılacağı haqqda 11.01.2018-ci ildə rəsmi açıqlama vermişdir. Lakin redaksiyamız vasitəsi ilə ölkə prezidentinə ünvanlanan şikayət məktubunda qeyd olunur ki, nazirlik vədinə xilaf çıxaraq yenədə heç bir əsas olmadan əmək haqqlarını dayanadırılımışdır. Bu dəfə müəllimlər son çıxış yolunu aidiyyəti orqanlara və ölkə Prezidentinə şikayət etməkdə görüblər. RealMedia.az olaraq redaksiyamıza göndərilən şikayət  məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli cənab Prezident!

Bakı şəhəri uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllimləri (siyahı əlavə edilir) Sizə hüquq və azadlığımızın təminatçısı kimi müraciət edir.Belə ki 2017-ci ilin dekabr ayından əmək haqqlarımızın demək olar ki tam yarısı əsassız şəkildə, heç bir rəsmi göstəriş olmadan kəsilir. Nəticədə bir çoxlarımızın əmək haqqları dövlətin təyin etdiyi yaşayış minimumundan da aşağı olmuşdur. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 6-cı bəndindəki “ hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq ” hüququnu pozur. Bu haqqda hətta Mədəniyyət və Turizm Nazirliyi rəsmi açıqlama verərək kəsilən əmək haqqlarınının veriləcəyini və yanvar ayında problemin aradan qaldırılacağını vəd etmişdir.Lakin məsələ hələ də həllini tapmamışdır. Sizə müraciət edəcəyimizdən xəbər tutan Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov  məktəb direktorlarına narazı olan müəllimlərin qarşısını almaqvə bu işdə aktiv olan müəllimlər haqqında tədbir görmək tapşırığını vermişdi. Bu tapşırığı isə musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva direktorlara şəxsən söyləmişdir. Direktorlar da öz növbəsində bizə bu gün də təzyiqlər edir və işdən çıxaracaqları ilə hədələyirlər. Buna baxmayaraq, durmadan artan narazılıqların nəticəsində  01.02.2018- ci il tarixində bir qrup müəllim idarəyə çağırıldı. Bizi qəbul edən Vuqar Zeynalov bizə heç bir köməklik göstərə bilməyəcəyini, əmək haqqlarımızın daha çox faizlə ilin sonuna qədər kəsiləcəyini və bu problemin yaranmasında  Maliyyə Nazirliyinigünahlandırdı.

Hər gün dövlətimizin iqtisadi göstəricilərinin durmadan artdığı bir vaxtda bizə büdcədə vəsaitin olmadığını söyləməkləri təəccüblü və həqiqətdən uzaq bir fikir kimi gəlir. Biz şərəfli müəllim adını sevə-sevə daşıyırıq. Nəticədə şagirdlərimizin arasında respublika və beynəlxalq müsabiqələr laureatları, qalibləri kifayət qədərdir. Aramızda Sizin tərəfdən yüksək dəyər və diqqətə layiq görülən əməkdar müəllimlər də var. Lakin Prezident seçkiləri öncəsi xaql arasında narazılıqlar yaradan, təxribat aparan şəxslərin olmağı bizi çox məyus edir. Bizhesab edirik ki, onlar Sizə, millətinə, xalqına, vətəninə xəyanət etmiş sayılırlar.

Bütün bunları nəzərə alaraq yardım üçün Sizə müraciət edirik. Xahiş edirik məsələni müvafiq tapşırığınız əsasında araşdırasınız. Əminik ki Sizin sayənizdə bu haqsızlığa, qanunsuzluğa səbəbkar insanlar layiqli cəzasını alacaqlar.

Hörmətlə: Bakı Şəhəri uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllim kollektivi”.

RealMedia.az olaraq qeyd olunan məsələylə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mövqeyini də dərc etməyə hazırıq.

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin