Bakı 8 kəndi alacaq və… – Bu yollar Azərbaycanın nəzarətinə keçir

0
137

Azərbaycanın tələb etdiyi 8 kəndin təhvil verilməsi ciddi təhlükələr yaradacaq.

Bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, Paşinyan Bakının 8 kəndin (Qazaxın 7 kəndi və Kərki – red) qaytarılması tələbi ilə razıdır.

“Lakin məsələ təkcə bununla bitmir. Birincisi, Azərbaycan bunun qarşılığında Ermənistana heç bir güzəşt etməyəcək. İkincisi, Azərbaycan Başkəndi mübadilə etmək fikrində deyil. Üçüncüsü, 8 kəndin təhvil verilməsindən sonra Ermənistanın strateji kommunikasiyaları Azərbaycanın nəzarətinə keçəcək”, – o deyib. (Publika.az)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin