Bahar Muradova dövlət komitəsinin sədri oldu

0
426
Prezident İlham Əliyevin martın 12-də imzaladığı sərəncama əsasən Milli Məclisin sabiq sədr müavini Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
YAP Qadınlar Şurasının sədr müavini Bahar Muradova 2000-ci ildə ilk dəfə deputat seçilib.
Bundan sonra 2005, 2010 və 2015-ci il çağırış Milli Məclisində vitse-spiker olub.
Bahar Muradova həmçinin ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri idi.
Bahar Muradova 1962-ci ildə Füzuli şəhərində anadan olub.
Komitənin 2020-ci ilə qədər sədri Hisran Hüseynova idi. Növbədənkənar parlament seçkilərində Hicran Hüseynova deputat seçildikdən sonra, prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edildi.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin