“Büdcəyə yönəlik əsas gəlir sahələri ayrı-ayrı məmurların əlindən çıxarılmalıdır”

Son günlər ölkədə və regionda baş verən bir sıra proseslər – ölkədaxili siyasi aktivliyin artması, Milli Şuranın mitinq qərarı, xarici mediada ölkəmizlə bağlı səslənən müxtəlif ittihamlar və s. cəmiyyətdə fərqli fikir və yanaşmalara səbəb olmaqdadır.
Ölkə gündəmini məşğul edən bu və digər məsələlərə Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevlə söhbətində aydınlıq gətirməyə çalışmışıq.
– Bədrəddin bəy, gələn il ölkəmizdə prezident seçkiləri keçiriləcək. Sizcə bu seçkilər xarici dövlətlərin, kənar güclərin nə dərəcədə marağındadır? Hansısa kənar qüvvələr bu seçkilərə öz maraqları konteksindən təsir göstərməyə səy edə bilərmi?
– Seçkilər hər zaman kənar dövltlərin diqqət mərkəzində olub. Faktiki olaraq bu gün regionda baş verən proseslər kifayət qədər ciddidir. Bəzən Rusiyanın 5-ci kalonu, bəzən Qərbin maraqları, bəzən də regional maraqlar vəziyyəti mürəkkəbləşdirir. Kürdüstanla bağlı seçkilər tarixi Azərbaycan torpaqlarını əhatə edir. Çox adam buna yalnız Azərbaycan konteksindən yanaşır. Lakin bu, regionun coğrafiyasında – İraq, Suriya, Türkiyə və ölkəmizdə də müəyyən qədər təsirini hiss etdirəcək. Rusiyaya tətbiq edilən sanksiyalar, İranla bağlı planlaşdırılan qadağalar və s. bizi millət olaraq daha güclü olmaq, regiondakı təbəddülatlardan itkisiz çıxmaq üçün daha həmrəy olmağa sövq edir. Bu, daha müvafiqdir, nəinki kənar təsirlərə uymaq. Milli iradəyə, strateji maraqlara uyğun olaraq addımlar atılmalıdır.
– Rəhbəri olduğunuz partiya bu seçkilərdə hansısa formada iştirak edəcəkmi? Yoxsa bununla bağlı hələ ki, müvafiq qərar verilməyib?
– Azərbaycan hələ ki, keçid dövründədir. Biz faktiki olaraq müharibə vəziyyətindəyik. Yaxın zamanlarda ciddi proseslrlə qarşılaşa bilərik. Ona görə də hələlik bu seçkilərdə iştiraka lüzum görmürük. Necə ki, Bakı-Ceyhan kəmərinin çəkildiyi ilkin dövrlərdə müyyən gərginliklər var idi, indi də Şahdənizlə bağlı təzyiqlərin olacağını düşünürəm. Bu kəmərin çəkilməsi ölkəmiz üçün önəmlidir. Çünki ölkəni bu böhranlı vəziyyətdən çıxartmaq lazımdır. Odur ki, biz gələcək parlament seçkilərinə hazırlaşırıq, prezident seçkilərinə yox.
– Son vaxtlar hakimiyyət daxilində müəyyən gərginliklərin, qruplaşmalaırn olması ilə bağlı bəzi fikirlər səəslənir. Sizcə hakimiyyət daxilində doğrudan da belə bir cəbhələşmə varmı? Yoxsa bu haqda deyilənlər sadəcə hakimiyyət arasında qarşıdurma görmək istəyən qüvvələrin fantaziyasıdır?
– Bildiyiniz kimi, maliyyə böhdanı fonunda bəlli oldu ki, bank-maliyyə sektorundan bir xeyli vəsait xaricə çıxarılıb. Ölknin milli təhlükəsizliyinə məsul olan qüvvələr buna cavab vermədilər. Əksinə, ölkə daxilində elə bir mühit formalaşdırdılar ki, işləyən insanlar ölkədən çıxmağa məcbur oldu. Ölkədə bir inamsızlıq sindromu yaratmağa çalışdılar ki, heç kim bura investisiya yatırmasın.
Neftin qiyməti dünya bazarında düşəndən sonra ölkədəki ab-hava da müyyən qədər dəyişdi. Bu, maliyyə durumu, regionda gedən proseslərlə bağlıdır.
Bəzi məmurların dövlət vəzifəsindən istifadə edərək yaratdıqları imperiya yavaş-yavaş çökür. Çünki proseslər fiskal iqtisadi sistemə keçir. Mövcud imkanlar daxilində gəlilərin artırılmasına çalışılır. Hesab edirəm ki, büdcəyə yönəlik əsas gəlir sahələrinə nəzarət gücləndirilməlidir. Onlar ayrı-ayrı məmurlaırn əlindən çıxarılmalıdır. Daimi heç bir şey yoxdur. Iqtisadi gərginlik elə bir şərait yaradıb ki, bu şərait xalqın maraqları baxımından qurban tələb edir. Biz yaxın gələcəkdə belə qurbanlara şahid olacayıq.
– Milli Şura 23 sentyabr tarixinə mitinq təşkil edib. Hansı ki, mediada bu mitinqin keçirilməsində hakimiyyətdəki bəzi qüvvələrin də maraqlı olduğu, hətta mitinq sifarişinin onlardan gəldiyi ilə bağlı fikirlər səslənir. Sizcə bu mitinqin bu və ya digər formada hakimiyyət daxilindəki hər hansı dairə və ya şəxslə bağlantısı varmı?
– Öncə onu deyim ki, mitinq nə qədər olur-olsun, bunun nəyə təsiri var ki? Faktiki olaraq bu, prezident seçkisi deyil, parlament seçkisi deyil. Bəzi xarici media orqanlarında belə bir fikir səslənir ki, guya Azərbaycanda demokratik ab-hava yoxdur. Bu cür mitinqlərin keçirilməsi ölkənin imicinə çox ciddi təsir edir. Qanuni şəkildə, icazəli formada keçirilən mintinqin heç bir ziyanı yoxdur. Bu, ölkədə demokratik mühitin mövcudluğuna dəlalət edir. Elektoratın da, mübarizə aparan həmin qüvvələrin də tərkibi bəllidir. Yaxın gələcəkdə ölkədə siyasi baxımdan ciddi bir dəyişikliyə ehtiyac yoxdur. Mitinqin isə demokratiya baxımından hakimiyyətin və Azərbaycanın imicinə heç bir ziyanı yoxdur.
– Bədrəddin bəy, Naxçıvan olayları və mərhum prezident Heydər Əliyevlə bağlı mətbuatdakı açıqlaamlarınız mediada birmənalı qarşılanmadı. Bzi media orqanları sizinlə bağlı tənqidi fikirlər səsləndirdi. Necə hesab edirsiniz, baş verənlər sizə qarşı aparılan hansısa kampaniyanın tərkib hissəsi idi, yoxsa bu tənqidlər fikir plüralizmi və demokratik düşüncə tərzinin təbii nəticəsi olaraq meydana çıxmışdı?
– Bu reaksiyaların bəzisi bilgisizlikdən qaynaqlanır. Mən 1991-ci ildəki bəzi olaylardan bəhs etmişəm. Hansı ki, bu gün həmin məsələyə münasibət bildirənlərin bir çoxu o vaxt qələm tutmağı yenicə öyrənirdi, məktəbə gedirdi. Mən fərqli fikirlərə normal yanaşıram, normal saymadığım, qəbul etmdiyim yeganə şey təhqirdir. Fərqli fikirlər demokratiya götəricisidir. Bir də həmin hadisələrlə bağlı maraqlı tərəflər var. Baxın, baş nazirdir, sağ-salamatdır, Etibardır, salamatdır, H.Əliyevin mühafizəçisidir, sağ-salamatdır. O prosesin iştirakçıları sağ-salamatdır. Mən Azərbaycan tarixi ilə bağlı heç kimin bilmədiyi gedişatları ortaya qoymuşam. Mənim dediyim fikirlər bugünkü ab-hava ilə ayaqlaşır. A.Mütəllibovla bağlı dediklərimi son vaxtlar A.Mütəllibovun verdiyi bəyanatlar sübut edir. O işlərin içində olanlar əsl həqiqətin nədən ibarət olduğunu bilir. Kimin faktı varsa, danışa bilər. Lakin təhqir yolverilməzdir. Məni kiminləsə bağlamaq da düzgün deyil. Mən mətbuatın gücünü də, o adamların səviyyəsini də, yaşayış tərzini də, münasibətlərini də, düşüncəsini də bilirəm. Mən kimsəyə düşməncəsinə baxan insan deyiləm. Yazırlarsa yazsınlar. Bəlkə bəzilərinin çörəyi bu yazılardan çıxır. Lakin mən bunların dəqiq hardan qaynaqlandığını bilirəm. Mən arzu edirəm ki, bu məsələlərin dəqiqliyinə varsınlar. Əgər dəqiqliyinə varsalar, mənim həqiqəti söylədiyimi özləri görəcək.
moderator.az