Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general-mayor Əbülfət Rzayev ictimai fəal Bəxtiyar Hacıyevi qəbul edib.
Bu barədə Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında aprelin 21-də naməlum şəxslər tərəfindən qaçırıldığını yazmış, eyni gündə də məsələ ilə bağlı daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən qəbul edilmişdi.