Bərdədə SEÇKİ ÖZBAŞINALIĞI… – İTTİHAM

0
502

“Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev seçkilərə müdaxilə edir. Belə ki, o, Bərdədə tabeçiliyində olan idarə və təşkilatların işçilərini toplayaraq onlara “kimə deyəcəyiksə, ona da səs verəcəksiniz” kimi təlimat verib”. Bu sözlər DİA.AZ-a göndərilən müraciətdə yer alıb.

Müraciət müəllifləri iddia edilər ki, İlyas Hacıyev tabeçiliyində olan işçilərin hansısa digər namizədin təbliğatında iştirakını da “diqqətdə saxlayacağını” bildirməklə onları rəsmən hədələməklə məşğuldur. “Bu yolla işçiləri qorxu içində saxlayır ki, guya seçkidən sonra onları işdən çıxaracaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev konkret olaraq parlament seçkiləri ilə bağlı məhz xalqın etimad göstərdiyi şəxslərin Milli Məclisə seçilə biləcəyini net şəkildə vurğulayıb. Bununla yanaşı son proseslərdən belə aydın olur ki, bu seçkilərdə saxtakarlıqda iştirak payı olan istənilən məmura qarşı sərt cəza tədbirləri tətbiq oluna bilər.

İndi həmin məmurların srasında Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevin də adının olub-olmayacağı bəlli deyil. Amma görünəni odur ki, İlyas Hacıyev bu templə davam edərsə, barəsində qərar çıxarılanlar sırasında adını rahatlıqla görə biləcək…

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin