“AZƏRSU” PREZİDENTİ ÖZ YÜNGÜLMƏCAZ ƏMƏKDAŞLARINI KAFELƏRDƏN YIĞIŞDIRA BİLMİR

0
1954

“Azərsu” ASC-nin rəhbərliyinin başı Sumqayıtda 120 uşağı zəhərləmiş suyu müayinə etməyə qarışmışkən, sizlərə kimdən söz açaq – qurumun şöbə müdiri Lətif bəydən. Müsəlmanların cismani və ruhi-əxlaqi cəhətdən iradəsinin sınağa çəkildiyi Ramazan ayına baxmayaraq, bu adam işdən azacıq vaxt tapan kimi öz eyş-işrət vərdişlərini davam etdirməkdədir.

Bu əsnada “Sonolay.org-a” verilən informasiyalarda bildirilir ki, çalışdığı sahədən çırpışdırdığı haram pullar hesabına əvvəllər bahalı restoranlarda əyləncəyə üstünlük verən Lətif bəy son vaxtlar yəqin gəlirləri azaldığından nisbətən ucuz kafelərə baş vurmağa başlayıb. Belə ki, bu günlərdə “Azərsu”nun bu dəliqanlısı vaz keçə bilmədiyi adəti üzrə üç nəfər qızla birgə əylənmək üçün Dərnəgüldəki kafelərdən birinə qonaq olub. Etibarlı mənbə məlumat verir ki, Lətif yeyib-içib keflənəndən sonra pulu ödəmək məqamı yetişəndə telefonuna gələn zəngi bəhanə edib və işlə bağlı təcili getməsinin vacibliyini deyərək kafe ilə hesablaşmadan aradan çıxıb. Buna qədər “zavseqdatayı” olduğu həmin kafeyə 100 manat borcu olduğundan bu səfər də borcunun üstünə təxminən bir o qədər məbləğ əlavə olunub. Kafenin müdiriyyəti Zümrüd adlı ofisiant xanımdan nisyə borcları yığmağı tələb etdiyindən, o da öz növbəsində xidmət etdiyi müştərisi Lətifə telefonla zəng açıb. Lakin borclu tərəfindən söyülüb.
Qorxmaz Hüseynov yüngül həyat tərzi keçirən işçilərini kafelərdən yığışdıra bilmir
“Sonolay.org” xəbər verir ki, Zümrüd xanım təhqirə məruz qaldığına görə və dəymiş ziyanı ödətdirmək tələbi ilə Nərimanov rayon Polis İdarəsinin ərazidə xidmət aparan 17-ci Polis Bölməsinə şikayət edib. O da bildirilir ki, kafenin müdiriyyətinin əlində Lətifin həqiqətən borclu olduğunu sübut etməkçün müşahidə kameralarında qeydə alınmış videogörüntülər vardır. Əlbəttə ki, həmin videoqeydlərdə Lətif özü tək deyil, onunla bir məclisdə kampaniya təşkil edən yüngül əxlaqlı qızlarla birgə əks olunub.

Xatırladaq ki, 2016-cı il dekabrın 28-də “Azərsu” ASC-nin “Ağdaş Sukanal” TSC-nin kommersiya şöbəsinin rəisi də kafedə birgə yeyib-içdiyi dostu tərəfindən odlu silahla öldürülmüşdü. Belə görünür ki, “Azərsu” ASC-nin prezidenti cənab Qorxmaz Hüseynovun yüngül həyat tərzi keçirən işçilərinin cəmiyyətə və özlərinə zərər vermələrini qabaqlamaq üçün əlahiddə olaraq “Azərsu” işçilərinin “Etik Davranış Kodeksi”nin qəbul edilməsi barədə qərar verməsinə dəyər. Hərçənd, Lətif bəyi tənbeh etmək, barəsində ciddi ölçü götürmək üçün belə məxsusi etik qaydalar toplusunun mövcud olub-olmaması o qədər də vacib şərt deyil.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin