Azərbaycanlı nazirlərin biznesmen övladları – Siyahı

0
945

Azərbaycanda bəzi məmur övladlarının bizneslə məşğul olduğu, onlardan bir çoxunun bu işi rəsmi, digərlərinin isə qeyri-rəsmi şəkildə həyata keçirdiyi hər kəs üçün bəlli həqiqətdir

ANV.az bu məqalədə atası yüksək vəzifə daşıyan, özü isə bizneslə məşğul olan məmur övladlarından bəhs edəcək.

Bizesmen məmur övladlarından bəhs edərkən ilk yada düşən Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov olur.

32 yaşlı nazir oğlu Londonda İqtisadiyyat Məktəbinin beynəlxalq əlaqələr və tarix fakültəsində təhsil alıb. Avropa Azərbaycan Cəmiyyətinin sədri olan T.Heydərov 2011-ci ildə Bakıda özəl Avropa Azərbaycan Məktəbinin əsasını qoyub.

Onun rəhbəri olduğu «United Enterprises International» şirkətlər qrupuna onlarla iri müəssisə daxildir. Bu sırada qida, tikinti, istehsalat, satış, dağıtım şirkətləri, o cümlədən “TEAS-Press” Nəşriyyat evi, Beynəlxalq Film Şirkəti və s. daxildir. Tale Heydərov həmçinin “Qəbələ” idman klubunun prezidentidir.

Gənclər və İdman Nazirinin yeganə övladı Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula-1″in “Qran Pri” yarışının təşkilatçısı olub.

Səhiyyə naziri Oqtay Şirəliyevin oğlu Murad Şirəliyev Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədr müavinidir. Uzun müddətdir bank sektorunda çalışan nazir oğlunun bu sahədə yardımçı fəaliyyəti həyata keçirən şirkətə də sahib olduğu deyilir.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezidentinin Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Əli Həsənovun oğlu Şamxal Həsənov “Kaspi Global” istehsalçı şirkətinin rəhbəridir. İstehsalçı şirkəti Azərbaycanda iki iri miqyaslı və peşəkar yaradıcı heyətin iştirakı ilə teleserial çəkir.

Bir müddət öncə Nəqliyyat naziri vəzifəsindən azad olunan Ziya Məmmədovun oğlu, “Azərbaycan-Amerika” Alyansının sədri Anar Məmmədovun da iri biznes şəbəkəsi mövcuddur.

Sabiq nazir oğlunun vaxtilə rəsmi, hazırda isə qeyri-rəsmi olaraq rəhbərlik etdiyi “Garant Holdinq”ə – “Qarant Sığorta” ASC, “Azbentonit” MMC, “Royal İsteyt” MMC, “English Yard” MMC, “Quba Olimpiya Kompleksi” MMC, “Avto-Media” MMC, “Ucar Aqro” MMC, “M.Trans” MMC, “Delfin” MMC, “Goranboy Gips” ASC, “Garant Media” Holdinq və şirkətləri daxildir.

Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov da biznes fəaliyyəti ilə məşğul olub. O, uzun müddət “Caspian Crystal Holding”ə rəhbərlik edib. Bu şirkət bahalı avtomobillərin ölkəmizə gətirilməsini təmin edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin