Azərbaycanlı milyarderə Trampın bir gündə vurduğu zərər – ŞOK RƏQƏM

0
925

ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc edilən “Kreml məruzəsi”nə düşmüş Rusiya milyarderlərinin aktivləri bir gün ərzində 1,1 milyard dollar ucuzlaşıb.

Bu haqda RBK agentliyi yazıb.

Ən çox zərər isə arbaycanlı milyarder, Rusiyanın “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov (226 milyon dollar), NLMK-nin Direktorlar Şurasının sədri Vladimir Lisin (205 milyon dollar) və dağıstanlı milyarder, “Nafta-Moskva” kompaniyasının sahibi, Rusiya Federasiya Şurasının senatoru Süleyman Kərimova (102 milyon dollar) dəyib.

Faiz ifadəsində siyahıda olan Rusiya milyarderlərinin aktivləri 0,3 faiz ucuzlaşıb. “Forbes” onların ümumi sərvətini 420 milyard dollar qiymətləndirir.

Bununla yanaşı, nəşr qeyd edir ki, ABŞ-ın məruzəsi ona daxil edilən Rusiya oliqarxları üçün hələ əhəmiyyətli itkilər gətirməyib.

Xatırladaq ki, yanvarın 29-da ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”ni dərc edib. Bu haqda ABŞ Maliyyə Nazirliyinin xəbərində deyilir.

Siyahıda 96 Rusiya biznesmeninin və 114 siyasətçinin adı var. Oliqarxların siyahısında azərbaycanlı milyarderlərə də yer verilib. Bunlar sırasında Araz Ağalarov, Fərhad Əhmədov, Qod Nisanov, Zarax İliyev və Vahid Ələkbərovun adı var.

Ömər Dağlı

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin