Azərbaycanlı fermerlər mal-qarasını Kəlbəcərdəki yaylağa aparır – VİDEO

0
55

Sosial şəbəkələrdə xırda və iribuynuzlu heyvanların işğaldan azad edilmiş Kəlbəcər rayonuna yaylağa aparılması ilə bağlı görüntülər yayılıb.

Videogörüntülər müzakirələrə səbəb olub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən görüntülərdə yaylağa aparılan mal-qaranın bir qismi dövlətin balansındadır:

Heyvanların bir hissəsi isə Kəlbəcər rayonundan olan fermerlərə məxsusdur. Həmin şəxslərin sürünü yaylağa aparmaq barədə müvafiq dövlət qurumundan icazələri olduğundan mal-qara, eləcə də, sürünün yanındakı şəxslərin polis və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə təhlükəsizlik tədbirləri görülməklə qeyd edilən yaylağa aparılması təmin edilib”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin