Azərbaycanlı deputatın ermənilərə cavab verərkən çıxışını kəsdilər – Beynəlxalq tədbirdə QALMAQAL

0
736
Kiyevdə keçirilən Avronest Parlament Assambleyasının plenar sessiyasının son iclasında deputat Fərəc Quliyev Kiber hücumlar haqda müzakirələr zamanı ermənilərin böhtanlarına cavab verib.
Fərəc Quliyev bildirib ki, hamı postsovet məkanındakı konfiliktlər haqqında məlumatlıdır və detalları bilir.
“Bilirsiniz ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Rusiyanın birbaşa dəstəyi ilə baş tutub. Xatırladım ki, Ermənistan Rusiya ilə bir hərbi blokda təmsil olunur. Postsovet məkanında bütün münaqişələri yaradan və həll olmasına mane olan da Rusiyadır. Ermənistan işğalın və bununla bağlı bütün işlərin Qarabağda yaşayan erməni əsilli azərbaycanlılar tərəfindən edilməsi görüntüsü yaratmaq istəyir. Axı hər kəs bilir ki, buradakı işğalçı ordu da, Qarabağda qurulmuş rejim də Rusiyanın dəstəklədiyi Ermənistanındır. Dağlıq Qarabağda yaşayan, Azərbaycan vətəndaşı olan ermənilər Qarabağdan 100 km-lərlə uzaqlıqda yerləşən Naxçıvanın Kərki kəndini və ya Qazax bölgəsinin kəndlərini necə işğal edə bilər və bu onun nəyinə lazımdır? Başqa bir məsələ isə ermənilərin burada səsləndirdiyi keçən il aprel ayında cəbhədəki gərginliklə bağlıdır”.
Fərəc Quliyev çıxışını bitirməmiş iclasın sədrionun mikrofonu söndürür. Sədr ermənilərin narahat olduğu , etiraz etdiyini və çıxışı ilə vəziyyəti gərginləşdirdiyi üçün mikrofonu söndürdüyünü və söz verməyəcəyini bildirir.
F.Quliyev ciddi təkidlərindən sonra –yalnız müzakirə olunan kiber hücumlar haqda danışmağa imkan verəcəyi, əks təqdirdə yenə mikrofonu söndürəcəyini bildirərək mikrofonu açır.
F.Quliyev çıxışını davam etdirir: “Başqa bir məsələ isə ermənilərin burada səsləndirdiyi keçən il aprel ayında cəbhədəki gərginliklə bağlıdır. Ermənistan tərəfinin təxribatçı hərəkətləri nəticəsində Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində 2016-cı il aprel ayında gərginliyin daha da artması ilə əlaqədar , Ermənistan tərəfindən yalan informasiyalar yayılıb. İndi də burada bu yalan informasiyalar təkrarlanır. Unudulmasın ki, Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib və cavab tədbirlərin də öz əraziləri içərisində tətbiq edib. Üstəlik Beynəlxalq konvensiyalara görə Azərbaycan işğal altında olan ərazilərini hərbi yolla azad edə bilər. Belə vəziyyətdə nə etmək lazımdır?
İlk növbədə Avronestin bütün sənədlərində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi göstərilməlidir. Bütün sənədlərdə işğalçı Rusiyanın Gürcüstan və Ukrayna ərazisindən, işğalçı Ermənistanın Azərbaycan ərazilərindən dərhal çıxması tələb olunmalıdır.
Avropa təsisatları, o cümlədən Avronest Rusiya və onun Ermənistan kimi maşalarına dur deməyi bacarmalıdır.
Sağ olun”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin