Azərbaycanın gizli Əhmədzadə xanədanı… – atasının adına küçə də varmış

0
61

Müstəqil araşdılrmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə maraqlı bir faktla bağlı paylaşım edib.
Jurnalist yazır ki, Qax rayonunda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin və 73 yaşlı qardaşı, Zaqatalanın icra başçısı Mübariz Əhmədzadənin atası Cümə Əhmədzadənin adına küçə var.

RealMedia.az Cavanşir Həsənlinin sosial şəbəkədə paylaşdığı statusunu təqdim edirik:
“Mən anlamıram, Qaxda Cümə Əhmədzadənin adına niyə küçə olmalıdır ki?
Adları mütəmadi olaraq korrupsiyada hallanan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin və 73 yaşlı qardaşı, Zaqatalanın icra başçısı Mübariz Əhmədzadənin atası olduğu üçünmü? Kim buna razılıq verib? Nə məqsədlə? Cümə Əhmədzadə ümumiyyətlə kim olub, bəlkə mən bilmirəm, bilən varsa yazsın, nə xidmətləri olun bu xalq üçün, ölkə üçün?
Azərbaycanda Allaha şükür, az qala vəzifələrin sayı qədər korrupsioner, yaxud rüşvətxor var, gərək hamısının dədəsinin adı əbədiləşdirilsin?”

Qarşı təfəfin fikirlərini dərc etməyə hazırıq!

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin