Avropa İttifaqı (Aİ) Azərbaycanın 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
RealMedia.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel tvitter səhifəsində yazıb.
“Brüsseldəki müzakirələrdən sonra daha 5 erməni hərbçinin Bakı tərəfindən təhvil verilməsini alqışlayırıq. Həll edilməmiş bütün humanitar məsələlərin həlli əsas prioritetdir”, – o bildirib.