Azərbaycanın ən gözəl qızı ən ucqar dağ kəndində müəllimlik edir – FOTOLAR

0
1878

Gülşən Yolçubəyli gənc müəllimədir.

1993-cü ildə Qəbələdə doğulub. Gəncə Dövlət Universitetinin Dil-Ədəbiyyat fakultəsini bitirib. 2015-ci ildə MİQ imtahanını keçərək, Quba rayonun ucqar dağ kəndi olan Zeyddə dil-ədəbiyyat müəlliməsi kimi fəaliyyətə başlayıb. Zeyd kəndi dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşir. Kəndin ucqarlığı, orada yaşadığı çətinliklər gənc müəlliməni qorxutmayıb. Əksinə işinə vurğunluğundan daha həvəslə çalışıb. Hər halda işinə olan bağlılığını , şagirdlərinin ona olan sevgisindən də hiss etmək olur.

Gülşən bu ilin mayından Quba rayonunun Möhücə kənd məktəbinə keçib.

Gənc müəllimə işindən danışarkən bunları deyir:

“Artıq 3-cü ildir ki,ailəmdən,sevdiklərimdən uzaqda dağ kəndində işləyirəm. Kənd insanlarına söz ola bilməz. İnsanları o qədər istiqanlı və qayğıkeşdir ki, ucqarlığı,şəraitsizliyi gözümə belə görünmür. Şagirdlərlə münasibətdə standart müəllim-şagird münasibətlərindən qaçıram. Müəllim və şagird arasında “Dostluq” mühüm faktordu. Xanım müəllimləri kəndlərdən,ucqarlardan qorxmamağa səsləyirəm. Çünki kəndlərdə, ucqarlarda bizə yəni yenilikçi müəllimlərə ehtiyacı olan minlərlə şagird var”.

A24.Az sizə adıçəkilən müəllimənin fotolarını təqdim edir:

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin